QHT koalisiyası məişət zorakılığı mövzusunda layihə həyata keçirir

Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant müsabiqəsi çərçivəsində  “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”  istiqaməti üzrə “Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizə təşəbbüsləri” mövzusunda “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə Ağstafa və Tovuz rayonlarında həyata keçirilir. Bu barədə layihənin rəhbəri Mərhəmət Əsgərova məlumat verib.
M.Əsgərova bildirib ki, layihənin ideyası qadınlara qarşı zorakılığın olmadığı cəmiyyətin təşviq edilməsidir. Layihə çərçivəsində “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı e-kitab hazırlanmış və açıq internetdə yerləşdirilmişdir. Həmçinin “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı  kitabça və buklet hazırlanmışdır. Kitabça və bukletlər, təlimlərin iştirakçılarına və regionda əhali ilə sıx işləyən müxtəlif dövlət orqanlarına, muzeylərə, məktəblərə, Heydər Əliyev mərkəzinə, kitabxanalara payalanılır. Layihə üzrə Tovuz rayonunda  6 regional təlimə artıq yekun vurulmuşdur.  Təlimlərdə Tovuz  Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Tovuz rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Respublika Süni Mayalanma Mərkəzinin, Tovuz Aşıq sənəti Dövlət Muzeyinin, Tovuz rayonu Nizamı adına Mədəniyyət Mərkəzinin, Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Tovuz rayon Mədəniyyət Mərkəzinin,Tovuz rayonu Heydər Əliyev Mərkəzinin, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Tovuz rayon xəstəxanasının, Tovuz Turan Futbol klubunun əməkdaşları və Tovuz şəhərinin,  Əyyublu, Abulbəyli,  Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Aran Yanıqlı, Bozalqanlı, Aşağı Quşçu və Düz Cırdaxan, Dondar, Aşağı Öysüzlü, Xatınlı, Qaraxanlı, Çatax, Aşağı Quşçu, Hunnanlar, Çeşməli, Alakol, Bayramlı, Əli Mərdanlı, Hunnanlar kəndlərindən olan müxtəlif yaşda və cinsdə iştirkçılar, məişət zorakılığının qurbanları ilə işləyən mütəxəssislər, risq qrupuna daxil olan şəxslər, şəhid ailələrinin nümayəndələri  dəvət olunmuşdur.  
Təlimdə qadınlara qarşı məişət zorakılığının anlayışı, növləri,  qadınlara qarşı məişət zorakılığın tipləri, fiziki zorakılıq, psixi zorakılıq, seksual zorakılıq, iqtisadi zorakılıq və qadının ehtiyaclarına etinasızlıq, məcburi nikah, erkən nikahlar, könüllü erkən nikahlar barədə geniş məlumatlar verilmiş, islamda qadına münasibət və qadınların işləmək və ünsiyyət imkanlarının məhdudlaşdırılması, qadınlara münasibətdə təqib, cinsi qısnama məsələləri müzakirə edilmiş, təlimçi tərəfindən misallarla geniş izah edilmişdir. Təlim zamanı təlimin iştirakçılarının qadınlara qarşı məişət zorakılığının ayrı-ayrı formaları ilə bağlı suallarına cavablar verilmişdir. Təlimin sonunda qadınlara qarşı məişət zorakılığı hallarının gizlədilməsinin daha ağır nəticələrə gətirməsi, məişət zorakılığının qurbanlarının müdafiəsi zamanı konfidensiallıq məsələlərinə riayət edilməsi və onun konkret proseduru izah edilmişdir. Məişət zorakılığı hallarında  müraciət ünvanları və onların imkanları barədə məlumatlar verilmişdir.
Təlimin iştirakçılarına  qadınlara qarşı zorakılıq hallarınını müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça  və bukletlər paylanılmışdır. Təlimin iştirakçıların xırda hədiyyələr şarflar paylanılmış, müzakirələr çay süfrəsi arxasında davam etdiriilmişdir. Təlimin sonunda  iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verilmişdir.  
Reginal təlimlər Ağstafa rayonunda davam etdirilir.