Əlilliyi olan şəxslərin hüquqlarını təşviq edən sayt hazırlanıb

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarını təşviq edən sayt hazırlayıb.

Sayta əlilliyin müəyyən edilməsi qaydaları, əlilliyi olan şəxslərin malik olduqları hüquqları, sosial ödənişlər, predmet üzrə çap və multimedia resursları və hüquqi yardım xidməti haqqında məlumatlar daxil edilib.

Sayta bu link vasitəsilə daxil olmaq olar www.destekci.az