Qərbi Azərbaycan İcmasının Brüssel görüşünün gündəliyinə salınması İlham Əliyev diplomatiyasının növbəti uğurudur

Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı

Bildiyimiz kimi bugünlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikada növbəti dəfə işgüzar səfərdə olubdur.
Səfər proqramı çərçivəsində öncə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Aİ Şurasının mənzil-qərargahında İttifaqın Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olubdur. Bununla bərabər mətbuatdan da verildiyi kimi səfər proqramı çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində npvbəti üçtərəfli görüş də keçirilibdir. Vaşinqton görüşünün davamı olan Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə bərabər Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edibdir. Eyni zamanda görüşdə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları, iki ölkə  arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqlarının davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıbdır. Xüsusi qeyd etmək lazımdır ki, bu görüşün əvvəlki görüşlərdən fərqi ondan ibarətdir ki, müzakirə edilən məsələlər arasında Qərbi Azərbaycan İcması məsələsi də  yer almışdır. Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının Brüssel görüşünün gündəliyinə salınması möhtərəm Prezidentimiz cənab İlham Əliyev diplomatiyasının növbəti uğurudur. Bildiyimiz kimi, belə görüşlərdə adətən müzakirə edilən mövzular müzakirədə iştirak edən bütün tərəflərlə razılaşdırılır. Bu gün erməni radikal millətçilərinin , dünya erməni diasporunun ən çox narahat olduğu məsələlərdən biri Qərbi Azərbaycanlıların cəmləşdiyi Qərbi Azərbaycan İcmasının qəbul etdiyi  sülh və ləyaqətli şəkildə tarixi torpaqlara Qayıdış Konsepsiyasının məqsəd və hədəfləridir. Bu mənada Brussel görüşü diplomatiyamızın post müharibə dövründə qazanılan ən böyük uğurlardandır.
Fikrimi bir az dərinləşdirərək qeyd etmək istərdim ki,  rəsmi İrəvan və eləcə də ermənipərəst Avropa strukturları heç vaxt istəməz ki, bu görüşlər çərçivəsində gündəliyə yeni məsələ daxil edilsin. Beynəlxalq təşkilatlar çox gözəl  bilir ki, ermənilər beynəlxalq güclər tərəfindən Qərbi Azərbaycana son iki yüz ildə gətirilibdir. Məqsəd də aydındır. Bu torpaqların da əsil sahibininn də Azərbaycanlılar olduğunu sübut etməyə ehtiyac yoxdur. Yəni Qərbi Azərbaycanlıların qayıdışı elə tarixi ədalətin bərpasıdır. Bir daha Qərbi Azərbaycanlıların Brüssel danışıqlarının gündəliyinə daxil edilməsi tarixi uğur olmaqla bərabər , Qərbi Azərbaycanlıların geri qayıdış mübarizəsinə yeni stimul və ruh verdi. Fürsətdən istifadə edərək Prezidentimiz möhtərəm cənab İlham Əliyevə Qadınlar Şurası adından təşəkkür edirəm.