Səfərbərlik Xidmətinin əməkdaşları Polad Həşimovun məzarını ziyarət etdi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının bir qrup əməkdaşı 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən üç il ötür.

Tovuz döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub:

general-mayor Polad Həşimov,
polkovnik İlqar Mirzəyev,
mayor Namiq Əhmədov,
mayor Anar Novruzov,
baş leytenant Rəşad Mahmudov,
gizir İlqar Zeynallı,
gizir Yaşar Babayev,
çavuş Vüqar Sadıqov,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov,
əsgər Xəyyam Daşdəmirov.