TBMM sədri Şəhidlər Xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət etdi - FOTOLAR


Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Ziyarətlər zamanı nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər müşayiət ediblər.

Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Numan Kurtulmu “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.