Uşaqları cəmiyyət üçün necə yetişdirməli? - TƏKLİFLƏR

“Uşaqlar gələcəyimizdir”- deyirilk. Bu gün hər ailə quran gənc ata, ana olmağa can atır. Təbii ki, belə də olmalıdı.
Aylardır müraciət edən danışanıarımı,onların ailələriylə söhbətimdə valideynlərini, facebookda qruplarda qadınların paylaşımlarını müşahidə edirəm. Mövzuları, statusları müşahidə edərkən bu qənaətə gəlmək olar ki, uşaqlar ailələrin ən böyük problemidi. Elə cəmiyyətin də. Uşağın nadincliyindən şikayət edən kim, uşağa görə işləyə bilmədiyindən şikayət edən kim,uşağa görə məcbur işləməli olduğunu deyən kim, uşağa görə məcbur təzyiqlərə, təhirlərə dözdüyünü deyib qurban rolunda çıxış edən kim və s. Sanki ailədə bir valideyn uşaq mübarizəsi var.Kim qalib gələcək? Ya da necə qalib gələ bilərəm?
Cəmiyyətdə uşağa heç yer yoxdu. Sərbəst anaların, məsuliyyətdən qaçan ataların qurban hədəfi uşaqlardır.Onsuz da parklar azalır,evlərin həyətində yerlər daralıb.
O dar yerlərdə də maşınlar saxlanır. Demək olar ki, uşaqların oynmağa yeri qalmayıb.Sanki uşaqlar yoxuymuş kimi hər kəsin davranması heyrətamizdir.
Ailələrdə eqoların, nənələrin babaların,gəlinlərin davasından ən çox psixoloji zərər görən də uşaqlardır.Nəvələri olmayanda Allahdan istəyirlər. Olanda isə öz eqolarını tətmin etmək üçün uşaqları xəstə edirlər.
Hər kəs bu durumu umursamazcasına həyatına davam edir.Darısqal yüksəkmərtəbəli binaların alçaq evlərində psixoloji travmalara məruz qalan valideynlərin neqativ duyğularının təsirində psixoloji basqı altında böyüyürlər uşaqlar.
Əsas mətləbə gəlmək istəyirəm. Uşaqlarən həyatında 6 yaşına qədər bağça, 6 yaşından sonra  başlayan məktəb həyatından.
Bu mərhələ uşaq valideyn arasında daha böyük uçurumu yaradır.Hal hazırki təhsil sistemi basqıcı üslubuyla zamnın unkişafınauyğun olmadığı kimi,müasir uşaqlara müsbət yöndə təsir gücünə də malik deyil. Uşaqlara istər fiziki, istər psixoloji basqılar tətbiq edən sistem gələcətimiz dediyimiz uşaqlara uğurlu bir gələcək vəd etmir.Bəlkə basqı altında hansısa ixtisasa yiyələnəcəklər amma insanlığa, vətənə,dövlətə faydalı şəxslər olmayacaqlar. Təbii ki, bu psixoloji travmalı insanlar sevgidən məhrum yaşayacaqlar. Sevgisiz bir gələcəyi təsəvvür edirsiz?
Müəllimlər dayanmadan sertifikasiya olunur.Onların psixoloji durumu niyə yoxlanmır? Müəllim gələcəyimizi yetişdirəndir.Onların psixoloji durumları nəzarətdə saxlanmalı vaxtı vaxtında mütəmadi çalışmalar olunmalıdır.
Bu gün özünü doğrultmayan,hətta bərbad,iflic durumda olan məktən psixoloqu ştatı sadəcə dövlətdən pul qoparmağa xidmət edir. Gəlin lap ictimai sorğu keçirək. Hansı məktəbdə psixoloqun uşaqları valideynləri, müəllimləri müşahidə qeydləri var.Bir psixoloq bunları etmir.Çünki özü hamıdan pis durumdadı. Müşahidələrim və araşdırmalarım göstərir ki,hamısı yektilliklə uşağın təhsildə uğursuzluğunda və davranışlarındakı anormallıqlarda uşağı günahkar görür və basqını uşağa tətbiq edir, onu dəyişməyə çalışır.Çünki güc ancaq uşağa çatır.Uşaqlar bu gün  uğursuz ailələrin, uğursuz fəaliyyətlərin, işəyaramaz təhsil sisteminin qurbanıdır.
Bəs nə edilməlidir?
1 cisi ailə qurarkən necə ki, gənclərin fiziki sağlamlığı yoxlanılır, eləcə də psixoloji durumları yoxlanmalıdır.
2 cisi Uşaqlar bağçaya,məktəbə qəbul ediləndə ailənin psixoloji durumu analiz olunmalıdır,araşdırılmalıdır.
3 cüsü Uşaqda müşahidə edilən hər anormal davranışa görə uşağı cəzalandırmaq yerinə valideynlər və müəllimlərlə psixoloji çalışmalar etmək lazımdır. Beləcə onsuz da evdə psixoloji basqı yaşayan uşağa bir yandan da təhsil sistemi yüklənmir. Məsələlər də həllin tapır. Həm gələcəyimiz olan uşaqlar xilas olur həm də ailələr qorunur və möhkəm olur.
Nədir bizə mane olan? Niyə etmirik bunu? Heç nəsə etməyi düşündünüzmü? Bu qədər alimi,müəllimi, pedaqoqu,psixoloqu olan Azərbaycanda Lelindən qalma təhsil sistüminin hələ işləməsi utancvericidir.
Siz nə zaman müasir Azərbaycana töhvə verməyi düşünürsüz? Necə?
Özünü doğrultmayan çoxdan can vermiş sistemin meyidini gələcəyimiz olan uşaqların çiyinlərinə yükləməkdən ibarət deyil axı bizim işimiz. Nə də müəllimləri dönə-dönə sertifikasiya edib canını boğazına yığmaq da çarə deyil. Uşaqlar kifsimiş, özünü doğrultmayan bilgilərin zibilliyi deyil.
Artıq daha müasir, hazırki uşaqların,yeniyermələrin tələblərinə cavab verən yeni təhsil sistemi yaradılmalıdır. Bu sistemin uğurlu çalışması üçün də uğurlu proqramlar,metodistik materiallar hazırlanmalıdır.
Təqdim olunan təkliflər arasından ən güclüsü seçilməlidir. O zaman biz güclü gələcək, fiziki, psixoloji güclü gənclik, gələcək  yetişdirəcəyik.

Qərənfil Ağalarova,

Şüuraltı dəyişim ustası, NAT master