Elçin Şıxlıdan jurnalistlərin üçüncü binası ilə bağlı AÇIQLAMA

"Mən ilk gündən jurnalistlərə dövlət tərəfindən ev verilməsinin əleyhinə olmuşam". 
 
İlkxeber.org xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib. 
 
Onun sözlərinə görə, jurnalistlərə evi hökumət paylamamamlıdır:
 
"Əli Həsənovun vaxtında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikildi. Ancaq ikisi paylanıldı, birini isə vermədilər. 
Hesab edirəm ki, əgər bu binalar jurnalistlərin adından tikilmişdisə, gərək üçüncü də veriləydi. Və bununla da bu layihə bitirilərdi".