Uşaqların Beynəlxalq bayramına həsr olunmuş tədbir keçirilib

H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Ruhulla Axundov adına Mədəniyyət evində “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 229 saylı körpələr evi uşaq baxçasının müdiri Ellada Səlimova, məktəbəqdər  təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak edblər.
Tədbir başlamazdan öncə Mədəniyyət evinin foyesində şagirdlərin hazırlamış olduqları əl işləri, foto stendlər nümayiş olunub. Tədbir dövlət himninin səslənməsi və Ruhulla Axundov adına Mədəniyyət evinin direktoru Afət İbrahimovanın çıxışı ilə başlayıb.
A.İbrahimova bildirib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir: “Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib”.
Tədbirdə çıxış edən H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzində olduğunu bildirib: “Ulu Öndər Heydər Əliyev uşaqlara dövlər səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayıb. Bu gün həmin kurs cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır”.
Tədbirdə eyni zamanda günün əhəmiyyəti və mahiyyəti haqqında uşaqlara geniş məlumat verilib. Şagirdlərin göstərdikləri maraqlı səhnəciklər, oxuduqları mahnılar, oynadıqları müxtəlif uşaq oyunları, ifa etdikləri rəqslər tədbiri daha da rəngarəng edib.
Tədbir sonunda təşkilatçılar fəxri fərmanla təltif olunub.