Daha iki liderdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik MESAJI

Qətər lideri Təmim Bin Həməd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
 
 
 
İlkxeber.org xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
 
 
 
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, sizi qələbəniz münasibətilə təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayıram", - o bildirib.
 
 
 
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Ərdoğanı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
 
 
 
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 
 
 
 
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.