Cahit Bağçı: Türkiyədən kənardakı vətəndaşlarımız artıq seçim edə bilərlər 03-05-2023 16:45

Türkiyədəki prezident və parlament seçkiləri üçün ölkədən kənarda seçimlər başlayıb. Belə ki, Türkiyədən kənardakı vətəndaşlarımız artıq seçim edə bilərlər.
 
Ilkxeber.org  azertag.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
 
O qeyd edib ki, 73 ölkədə 151 seçki məntəqəsi qurulub. Azərbaycanda Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi var.
 
“Türkiyədən kənarda yaşayan vətəndaşlarımız mayın 5-də səs verə biləcəklər. Belə ki, Azərbaycanda seçkilər cümə günü saat 09:00-dan axşam 21:00-a qədər Bakı, Naxçıvan və Gəncədə şəhərlərində aparılacaq”, - deyə diplomat əlavə edib.