Jurnalistlər üçün məişət zorakılığına qarşı mübarizə mövzusunda təlimlər keçirilib

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi 25-26 aprel tarixlərində Bakı şəhərində jurnalistlər üçün  məişət zorakılığına qarşı mübarizə ilə bağlı bacarıqların artırılması təlimləri təşkil edib. Təlimin birinci günündə iştirakçılar məişət zorakılığı ilə bağlı beynəlxalq standartlar və milli qanunvericilik, məişət zorakılının əsas xüsusiyyətləri, institusional təsisatlar və məişət zorakılığının praktik vəziyyəti ilə tanış edilmiş və mövzular ətrafında müzakirələr aparılmışdır. Təlimin ikinci günü isə məişət zorakılığı hallarının mediada işıqlandırılmasında media subyektlərinin rolu və məsuliyyəti, məişət zorakılığı hallarının mediada işıqlandırılması zamanı etik mülahizələr və peşəkar kodekslərin tələbləri məsələlərinə həsr olunmuşdur. 
Təlim Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi çərçivəsində reallaşdırılıb.