Biləsuvarda məişət zorakılığı ilə bağlı layihənin reallaşdırılması başlayıb - FOTO

Biəsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi “Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə, polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işin təşkili” mövzusunda layihə reallaşdırır.
 
Layihə rəhbəri Natəvan Əzizova Avropa.info-ya bildirib ki, icrasını həyata keçirdiyimiz bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
 
"Layihənin əsas məqsədi qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasıdır”, - deyə o qeyd edib.
 
N.Əzizova onu da qeyd edib ki, “layihə üzrə nəzərdə tutulan fəaliyyət planına əsasən Biləsuvar, Zaqatala və Masallı rayonlarında məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi xidmətin təşkili uğurla davam etdirilir.
 
Məhkəmə predmeti olan 6 iş prosesdə, 30 hüquqi xidmət isə təmin edilmişdir. Fəaliyyət beş ay müddətində icra ediləcəkdir.
 
Məişət zorakılığı zəminində baş verən hadisələri özündə etiva edən sənədli bədii filmin çəkilişi isə davam etməkdədir.