QHT Agentliyinin rəsmi saytı istifadəyə verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi saytı - https://ngoagency.gov.az istifadəyə verilib.

İlkxeber.org xəbər verir ki, saytda rəsmi xəbərlər, Agentliyin fəaliyyəti, müvafiq qanunvericilik, Agentliyin dəstəyi ilə icra olunan layihələr, layihələr çərçivəsində hazırlanan filmlər, nəşrlər haqqında məlumat, dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları haqqında informasiya digər məlumatlar öz əksini tapacaq.