“Ermənistan beynəlxalq tədbirdəki düşmənçilik ssenarisinə görə üzr istəməlidir”

QHT dünya ictimaiyyətinə müraciət etdi

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Ermənistanda keçirilən idman yarışında Azərbaycan bayrağının yandırılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd edilir ki, 14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını hiddətlə qarşılayırıq. Bu vandalizm aktı bütün dünyanın, o cümlədən Qarabağ münaqişəsinə görə daim ikili standartlarla ölkəmizi və xalqımızı qınayanların gözləri qarşısında baş verib. Üzdəniraq fakt Qarabağı xarabalıqlara çevirmiş, Azərbaycanlılara qarşı daim düşmən mövqe nümayiş etdirmiş ermənilərin sivil dünyanın qanunlarına yaraşmayan hərəkətlərini bir daha nümayişkaranə surətdə ortaya qoymuşdur. Beynəlxalq öhdəliklərin, idman yarışları ilə bağlı öhdəliklərin nə demək olduğunu dəyərincə anlamayan vəhşi xislətli erməni qövmü bu hadisəni bir qəhrəmanlıq kimi xarakterizə etməyə cəhd göstərmişdir. Onlar bununla nəinki qonşuluq, həmçinin insanlıq və beynəlxalq öhdəliklər anlayışlarına da nə qədər barmaqarası yanaşdıqlarını büruzə vermişlər.
Müraciətdə həmçinin qeyd edilib ki, Ermənistan hökuməti özünə hörmət edərək nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməli, onu cəzalandırmalı və beynəlxalq miqyaslı tədbirlərin təşkilində yol verdiyi düşmənçilik ssenarisinə görə Azərbaycandan və bütün dünya xalqlarından üzr istəməlidir.