Bakıda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcək

22 aprel 2023-cü il tarixində saat 12:00-da "Astoria-Bakı" otelinin (Bakı şəh., Babək pros. 65 "B") konfrans salonunda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcək.
Bu barədə İlkxeber.org-a Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumat üçün bildirək ki, 17 dekabr 2022-ci tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdi. Forumda Bütöv Azərbaycan Ocaqları (BAO) "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış etmiş və forum iştirakçıları tərəfindən müsbət qarşılanmışdı.
"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılmasınında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir.
"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimində Azərbaycan Respublikasının millət vəkilləri, ziyalılar, Azərbaycanın Güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, toplantıda iştirak könüllüdür və hər kəs dəvətlidir.