Sabuncu Asudə Vaxt Mərkəzində "Mənim asudə vaxtim" adli sərgi kecirilib

Sabunçu Asudə Vaxt Mərkəzi ilk pilot layihə olaraq Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclər üzrə Mərkəzin nəzdində yaradılıb.

Aprelin 8-də Asudə Vaxt Mərkəzinin  yaradılmasının altı illiyinə həsr olunmuş "Mənim asudə vaxtım" adlı sərgi təşkil olunub.

Sərgidə Mərkəzin rəsm kursunun üzvləri, rəsm müəlliməsi Fərəh Babayeva və valideynlər iştirak ediblər.

Tədbirdə Mərkəzin müdiri Vüsalə Hacıqızı çıxış edərək sərgi iştirakçılarını təbrik edib.

Sonda Mərkəzin təşkilatçısı Naibə xanıma və iştirakçılara təşəkkürnamə təqdim edib.