Hazırda sərhəddə vəziyyət necədir? - Rəsmi AÇIQLAMA

Hazırda Ermənistan ordusunun təxribat törətdiyi istiqamətdə nisbi sakitlikdir.

Ilkxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

"Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib", - nazirliyin yaydığı rəsmi məlumatda deyilir.

Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.