Bu gün Türkiyənin yerli və milli avtomobili İlham Əliyevə təqdim ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyənin yerli və milli avtomobili “Togg”u alan ikinci şəxs Azərbaycan Prezidenti İlham Əliyev olacaq. 

Avropa.info Türkiyənin "Haber7" saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avtomobilini bu gün Bakıda keçiriləcək mərasimlə alacaq. 

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın avtomobilin açarını İlham Əliyevə təqdim etməsi ilə başlayacaq mərasim nazir Varank və "Togg" şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın "Togg" və avtomobili idarə edən texniki xüsusiyyətləri haqqında İlham Əliyevə brifinq verməsi ilə başa çatacaq. 

"Togg"un T10X modelinin yerli və milli elektrik avtomobilinin ilk sahibləri keçən həftə püşkatma ilə bəlli olub. Avtomobilə ön sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfərin yerli avtomobilə sahib olduğu açıqlanıb.