ABŞ-la Cənubi Kiprin yunan icması arasında SKANDAL saziş - Türkiyədən sərt ETİRAZ

Türkiyə Xarici İşlər Nazirliyi Nyu-Cersi Milli Qvardiyası ilə Cənubi Kiprin yunan icması arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasını qınayıb. 

Ilkxeber.org-un məlumatına görə, Xarici İşlər Nazirliyi bildirib ki, Ankara bu sazişin imzalanmasını qətiyyətlə pisləyir. 

“Keçən oktyabrda (2022) Kiprin yunan icması ABŞ Milli Qvardiya Bürosunun Dövlət Tərəfdaşlıq Proqramına daxil edilib. İndi bu proqram çərçivəsində Nyu Cersi Milli Qvardiyası Kiprin yunan icması ilə hərbi əməkdaşlıq müqaviləsi imzalayıb", - deyə XİN bildirib. 

Xarici İşlər Nazirliyi bildirib ki, Birləşmiş Ştatlar 2022-ci ildə Yunan icmasına qarşı silah embarqosunu ləğv etməklə Kıbrıs adasındakı balansı pozub. 

Nazirlik həmçinin Quzey Kəbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatını dəstəklədiklərini bildirib. 

Türkiyə ABŞ-ı heç bir halda regionun sabitliyinə xidmət etməyən Kıbrısla bağlı siyasətini yenidən nəzərdən keçirməyə və Kıbrıs probleminin ədalətli və davamlı həllinə töhfə verməyə çağırır, Xarici İşlər Nazirliyi bildirib.