Millət vəkili Fazil Mustafa güllələndi

Milli Məclisin deputatı Fazil Mustafa Bakının Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib.

Teleqraf.com xəbər verir ki, millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.