Zirəddin Rzayevə Rusiya Dövlət Dumasında yüksək vəzifə verildi

Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya Federasiyasının Dövlət Dumasının deputatının köməkçisi təyin olunub. Qeyd edək ki, ekstrasens artıq bir neçə illdir ki, Rusiya Federasiyası Ictimai Palatasının komissiya üzvü olaraq öz İctimai fəaliyyətini bu qurumda da davam etdirir.

Təhsili, savadı və nitqi ilə digərlərindən fərqlənən Zirəddin Rzayev təkcə bununla kifayətlənməyərək İctimai, siyasi və dövlət quruculuğu işləri üzrə də sosial status almışdır.

Bu münasibətlə həmyerlimizə uğurlar arzulayaraq ölkəmizi və xalqımızı belə layiqincə təmsil etməsini diləyirik. Uğurları bol olsun.