Azərbaycandan dəmir yolu ilə Türkiyəyə 25 konteyner yardım yola salındı - FOTO

Azərbaycan xalqının Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün yığdığı humanitar yardımları daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb.

Ilkxeber.org Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, kampaniya çərçivəsində yığılan geyim, adyal, quru qida və gigiyena məhsullarının yer aldığı humanitar yardım yola salınıb.

Mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və millət vəkilləri iştirak ediblər.

Səfir zəlzələdən zərərçəkən vətəndaşların köməyinə gələn Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.

Qatarın Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3 gün ərzində Türkiyəyə çatacağı bildirilib.