QHT sədri xəstəxana rəhbərliyi və həkimlərə təşəkkür etdi

Yaxın qohumum Məmmədov Əmənulla Səfər oğlu kritik durumda ETAİ - Anesteziologiya Reanimatologiya şöbəsinə yerləşdirilmişdi. O, hal-hazırda həmin xəstəxanada müalicə alır.

Əmənullanın kritik durumda xəstəxanaya yerləşdirilməsindən sonra buranın tanınmış həkimləri Xəyal Məsimov və Nuridə İslamzadə onu müayinə edərək dərhal müalicəsinə başladılar. Xeyirxah və fədakar həkimlərin, eləcə də xəstəxananın tibbi personalının qayğıkeş müdaxiləsindən sonra xəstənin vəziyyəti yaxşılaşmağa başladı. O, hal-hazırda özünü yaxşı hiss edir, yaxın günlərdə tam sağalacağına ümid edir. Elə bizlər – Əmənullanın doğmaları da xəstənin sağlıq durumunun xeyli stabilləşdiyini müşahidə edirik.  

Xəstəxanada xəstəmizə göstərilən bu münasibətə və onun sağalması üçün bütün tədbirlərə əl atan ETAİ-nin direktoru İradə xanıma, baş həkim Gülzar xanıma, fədakar həkimlər Xəyal bəy və Nuridə xanıma öz adımdan, doğmalarım adından və rəhbərlik etdiyim  Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin bütün kollektivi adından təşəkkürümüzü bildiririk. Var olsun belə savadlı, bacarıqlı həkimlərimiz! Allah sizləri qorusun, bizim ağxalatlı qəhrəmanlarımız!

Əli Cəfərov

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri