Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.
Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin
ELANI
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) QHT-ləri “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.
Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
-
Qərbi Azərbaycanlılarının pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
-
“Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər;
-
Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği istiqamətində təşəbbüslər;
-
Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsinin tanıdılması istiqamətində multimedia məhsullarının istehsalı, elektron resursların yaradılması;
-
Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətində təşəbbüslər;
-
Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği ;
-
Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslər;
-
Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği;
-
Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması;
-
Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi – memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində təşəbbüslərin dəstəklənməsi;
-
Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin) ictimai vəkillik təşəbbüsləri
Layihələrin müddəti
-
Layihələrin müddəti 6 aya qədər (layihələr 1 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır) ola bilər.
Qrantın məbləği
-
Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 30 000 (otuz min) manatdır.
QHT üçün tələblər
-
Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
-
Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
-
Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:
-
Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
-
layihənin ideyasının düzgün əsaslandırılması;
-
layihənin məqsəd və vəzifələrinin aydınlığı;
-
layihənin mövzusunun aktuallığı;
-
layihənin innovativliyi;
-
layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
-
layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
-
maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
-
QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
-
layihə üzrə risklərin təhlili;
-
layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
-
layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
-
layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
-
müsabiqədə iştirak edəcək QHT-lərin 1 aprel 2023-cü ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;
-
Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
-
QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
-
Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar
-
Ərizə forması (elektron forma elana əlavə olunur),
-
Layihə təklifi (elektron forma elana əlavə olunur),
-
Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
-
Xərclər smetası (elektron forma elana əlavə olunur),
-
Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
-
Reyestrdən çıxarış,
-
Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
-
VÖEN (sənədin hər iki üzü),
-
QHT-nin bank rekvizitləri,
-
QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
-
QHT rəhbərinin CV-si
-
QHT-nin mühasibinin CV-si.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
-
Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
-
Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;
QEYD:
-
Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.
Müsabiqənin prosedur qaydaları
Müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixindən – 02 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 fevral 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.
Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:
https://us02web.zoom.us/j/86096911527?pwd=YmlnVXB2ZUxZYUFPZzZxZFBFblFDUT09
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Ülkər Süleymanovaya müraciət etmək olar:
ulkarsuleymanova@ngoagency.gov.az,
01. Müsabiqə elanı - Qərbi Azərbaycan.doc
02. Ərizə forması.docx
03. Layihə təklifi.docx
04. Fəaliyyət planı.doc
05. Xərclər smetası.xls