“Belə ucalasan, ucalanda da...” - gözəl həkim Nazim Nəzərova həsr olunur

Həkim və hakim olmaq insanlığın zirvəsini fəth etməyə bərabərdir...

Həkim və hakim olmaq insanlığın şərəfə qovuşması deməkdir...

Həkim və hakim olmaq bilik və bacarıqların birliyini göstərməkdir.

Həyat sevgisi ilə məslək sahibi olur insan. Həyata tutunmaqla bilik sahibi olur insan. Həyatı təcrübəyə sahiblənərək böyüyür insan…

Peşəsi ilə, tanınan insanlar var. Məsləki ilə seçilən insanlar var.

Bacarığı ilə şöhrətlənən insanlar var. Gözəl həkim, fəlsəfə üzrə tibb elmləri namizədi, Türk Dünyasının fəxri professoru adını alan bacarıqlı həkim Nazim Tarverdi oğlu Nəzərov haqqında fikir söyləmək çox şərəflidir.

Nazim həkimin keçdiyi ömür yolu onun zəhmətinin nə qədər xəlqi və zəhmətkeş peşə sahibi olduğunun göstəricisidir. Ulu şairimiz Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasında geniş şəkildə öz əksini tapıb

Dahi şairimiz "Oğlum Məhəmmədə nəsihət" adlı hissəsində yazır:

 

Ucalmaq istəsən bir kamala çat,

Kamala ehtiram göstərir həyat.

Uşaqkən əslini sorsalar bir az,

Ağac var verəndə cinsi sorulmaz!

 

Ucalmaq bilik və bacarıqla mümkün olur. Ucalmaq zəhmət və iradə ilə meydana gəlir. Ucalmaq səriştə və səylə yaranır. Bilik və bacarıq insanın dərin zəhmətinin nəticəsində yaranır. Zəhmət və iradə insanın fərqliliklərini ortaya çıxarır. Səriştə və səy insanın ən zəhmətinin həyatının göstərməsidir.

Nazim həkim öz bilik və bacarığını ilə ucaldı bu həyatda. Nazim həkim zəhmət və iradəsi ilə istədiyi hədəfə çata bildi. Nazim həkim səriştə və səyi ilə tibb elmləri ali dərəcəsini əldə edə bildi...

 

Elə ki böyüdün,belədir qayda,

Atanın adından sənə nə fayda?

Sən, aslanlar kimi keç cəbhələrdən,

Yalnız hünərinin balası ol, Sən!

 

Elm və sənət insanın həyatda əldə etdiyi ən böyük nailiyyətdir. Elm və sənət insanın bilik və bacarığının son nəticəsidir. Elm və sənət insanın həyatının zənginliyin özüdür.

İnsanın əldə etdiyi nailiyyətlər onun Elm və sənəti ilə ortaya çıxır. Bilik bə bacarığın nəticəsi insanın əməyinin dəyəridir. İnsanın mənəvi zənginliyi onun elmi və sənəti ilə şərtlənir

Nazim həkim tibb elminin ən dərin qatlarını öz zəhməti ilə əldə edib.Nazim həkim tibb elmini yuxusuz gecələrinin zəhməti hesabına qazanıb. Səadətə maraq üçün elm və peşənin həqiqi sahibi olmalı insan.

 

Səadət kamalla yetişir başa,

Xalqa hörmətli elə, ədəblə yaşa!

Başına əfsanəvi düşdüyü zaman,

Allah qorxusunu, unutma bir an!

 

Zəka Yaradanın insan oğluna verdiyi ən böyük lütfüdür. Zəkası olan insan elmə yiyələnir. Elmə yiyələnən insan öz biliyi, sənət vasitəsi ilə ortaya çıxarır. Sənətlər elmin sonucu olaraq meydana gəlir. Nazim həkim ötən əsrin 70-ci illərində mükəmməl təhsil alaraq öz həyatını sənətin sevgisi ilə dəyişdirdi...

 

Hərçəndi, sənətin öz rütbəsi var,

Həyata faydalı bir elmi axtar…

Bu əyri cizgilər cədvəlində sən,

Özünü şərh edib, özünü öyrən!

Ol öz vicdanının sirrinə açar,

Çünki bu mərifət, qəlbə nur saçar.

Elmlər elmidir, demiş peyğəmbər,

Din elmi, təbabət elmi, müxtəsər!

 

Həkimlik həm şərəfli, həm də olduqca məsuliyyətli bir sənətdir. Həkimlik olduqca möhtəşəm, həm də gərəkli bir həyati məsləkdir. Həkimlik olduqca fərqli, həm də zəruri biliklərin əldə olunduğu bir incə peşədir… Məsuliyyətli bir sənət kimi həkimlik dəqiqliklə insana münasibət tələb edir. Gərəkli bir həyati məslək kimi həkimlik insanlığa xidmət göstərməkdir. Həkimlik olduqca zərif və incəliklə yüksək bilik gərəkdirən peşədir, həm də. Nazim həkimin bu sənətə meyillənməsi onun səbrli olmasına səbəb olub həmişə...

 

Göbəkdəki ətri bu iki elmin,

Fərəhlə, təbiidir bunu bil yəqin.

Fəqih olsan əgər itaətkar ol,

Hiylədən, riyadan daim uzaq ol.

İsa mərifətli Həkim ol, amma,

İnsanı öldürən bir həkim olma…

Həm həkim, həm Fəqih olsan, Sən əgər,

Hamının yanında adın yüksələr!

 

Nazim həkim ötən əsrin 80-ci illərindən həkimlik etməyə başlayıb. Nazim həkim öz bacarığı və səriştəsi ilə öz məsləkini sevə -sevə tanıdır. Nazim həkim zəhməti ilə həyatının sirli-soraqlı dünyasını sürdürür. 1981-ci ildən həkim kimi fəaliyyətə başlayan Nazim Nəzərov həm də tibb elminin ali zirvəsinə doğru irəliləyir. "TOKSİPLAZMOZ" xəstəliyinin elmi araşdırmasını həyata jeçurən Nazim həkim alimlik dərəcəsi olan "Fəlsəfə üzrə tibb elmləri doktoru" ali ünvanına sahibdir.

 

Həyat da, ölüm də qul olar sənə,

Səadət və şöhrət düşər payına.

Bir elmi öyrənmək istədikdə, Sən,

Çalış ki hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır Yarımçıq papaqçılıqdan.

Mə dən söyləməkdir, səndən eşitmək,

Bur insan əliboş gəzməsin gərək…

 

Nazim həkim həyatını həm elmə həsr etdi, həm sənətə. Nazim həkim həyatını həm ailəyə həsr etdi, həm el obaya. Nazim həkim həyatını həm insanlığa həsr etdi, həm ölkəyə. Nazim həkimin həyatını təkcə elmi təcrübələrə yox, həm də ictimai hüquqi işlərə də sərf etdi. Nazim həkim uzun müddət Yardımlı Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi və direktoru kimi məsul vəzifələrdə işləyərək böyük əməyi ilə Yardımlı səhiyyəsinə öz töhfəsini verib. Nazim həkim Yardımlı rayon Mərkəzi Xəstəxanasının təmirini həyata keçirdikdən sonra yönünü Bakıya döndərdi. Öz elmi fəaliyyətini həm də həkimlik fəaliyyətini müxtəlif klinikalarda davam etdirdi.

Nazim həkim həm də ailəsində həkimlik məktəbi yaratdı. Həkimin övladları və qardaşları Aqil Nəzərov, Камил Назаров və Emin Nəzərov da bacarıqlı həkimlər kimi tanınır. Oğlanları Hikmət, Elşən və kürəkəni həkim kimi Nazim həkimin davamçılarıdır. Bu yazını yazan Nəsib Abidin də elmə yiyələnməsində Nazim həkimin əməyi öz bəhrəsini vermişdir. Nazim həkim bu gün Bakıda yaşasa da öz doğma el obaasını unutmur. Gözəl həkim və tibb elmi üzrə fəlsəfə doktoru Nazim həkimə cansağlığı arzulayır və yazımı şair qardaşım Ülvi Aydının "Həkim" şeri ilə bitirmək istəyirəm:

 

Dərdimin dərmanın tapa bilmirəm,

Bu dərdə bir çarə, sən eylə, həkim!

Köhnə yaralarım, yenə qan verir,

Amandır, bir çarə, sən eylə, həkim!

Axtardım dünyanı, tapmadım çara,

Yaranın üstündən, vurdular yara,

Gəlmişəm, dərdlərin əlindən zara,

Amandır, bir çarə, sən eylə, həkim!

Ağrımla-acımla, gəlmişəm sənə,

Bir dinlə qəlbimi, kömək et mənə,

Görürsən, qovrulur dərdlərim yenə,

Amandır, bir çarə, sən eylə, həkim!

Ülvini, bu dərdlər, yaman bezdirib,

Ağrılar-acılar, canın üzdürüb.

Görərlər, bir gün də, məni öldürüb,

Amandır, bir çarə sən eylə, həkim!

 

Hörmətlə:

Nəsib Abid, müəllim-filoloq