Tehran rejiminin Azərbaycana qarşı torətdiyi terror aktıyla əlaqədar Milli
Hərəkatcılar Birliyinin Bəyanatı:
Azərbaycan xalqının mustəqillik mucadiləsinin ilk gunlərindən dovlətciliyimizin bərpa
olunmasına qarşı cıxan, torpaqlarımıza qarşı yonəlmiş Erməni təcavuzunu başından bəri var
gucuylə dəstəkləyən Tehran rejimi bu gun daha xain və ağır faciə ilə nəticələnən bir terror aktı
gərcəkləşdirdi. İran dovləti tərəfindən gercəkləşdirildiyi acıq-aydın gorunən bu terror aktı
ucun İran həm huquq, həm də insanlıq qarşısında məsuliyyət daşıyır. Unutmaq olmaz ki,
İranın murtəce teokratik rejimi oz qaranlıq niyyətlərini bu gun tam olaraq həyata kecirə
bilməsə də, hətta bundan sonra bir muddət dostluq məsajları versə də olkəmizə yonəlik
duşmən fəaliyyətlərini hec bir zaman dayandırmayacaqdır. Tehran rejimindən gələn
təhdidlərin davam edəcəyini, buna gorə də xalqımızın bu ikiuzlu rejimə qarşı uzun muddətli
və ciddi bir mubarizəyə girişməsinin zəruri olduğunu duşunuruk. Təbii ki, dovlətimiz buna
hazır olmalı, təhlukəni ortadan qaldırmaq ucun əsaslı tədbirlər gorməli və xalqımız bu
problemlərə həssaslıqla yanaşmalıdır. Butun bunları nəzərə alaraq MHB (Milli Hərəkatcılar
Birliyi) məsələni diqqət mərkəzində tutmaqla bərabər indiki mərhələdə həyata kəcirilməsini
zəruri bildiyi tədbirlərin bir hissəsinə aid bəzi təkliflərini Azərbaycan ictmaiyyətin diqqətinə
catdırır:
1. İran dovləti Azərbaycan dovlətindən rəsmi uzr istəməli və təzminat odəməli, bu
gərcəkləşənə qədər diplomatik əlaqələr minumum səviyyəyə endirilməli, başqa
sahələrdəki əlaqələr isə tamamilə kəsilməlidir.
2. Azərbaycan XİN İrandakı Azərbaycan vətəndaşlarına muraciət edərək, “İran həyatınız
ucun təhlukəlidir, orada qalmanız və səyahət etməniz məsləhət gorulmur məzmunlu
bir xəbərdarlıq yayımlamalıdır.
3. İrandan idxalat və ixracat tədricən azaldılmalı və zaman icində minimuma
endirilməlidir.
4. Orxan Əsgərova şəhid statusu vərilməli, cənazəsi dovlət mərasimiylə qaldırılmalı,
bunun umumxalq tədbri olaraq gərcəkləşdirilməsi təmin edilməlidir.
5. Səfirlik binasında boyuk bir qətliamın qarşısının alınması ucun cəsarətlə duşməni
zərərsizləşdirilən əməkdaşlar dovlət səviyyəsində təltif edilməlidir.
6. Əlbəttə, bu yolla məqsədinə nail ola bilməyən İran terrorizmi yaxın və ya uzaq
gələcəkdə başqa hucumlar da həyata kecirəcəkdir. Bunu nəzərə alaraq, dovlətimiz
İrandan gələn təhdidlərə qarşı her an hazır olmalıdır.
7. Səfirliyimizin əməkdaşları tərəfindən zərərsizləşdirilən terorrist İran dovlətinə təslim
edilməməliydi. Ən azından indiki mərhələdə Tehrana peşəkar bir istintaq qrupu
gondərilərək, cinayətkarın ifadəsinin alınması və bununla ilgili butun istintaq
mərhələlərində aktiv iştirakı təmin edilməlidir.
8. Azərbaycanda radikal məzhəbci ideologiyanın yayılmasından başka hec bir məqsədə
xidmət etməyən və muxtəlif adlar altında fəaliyyət gostərən butun İran mərkəzləri
təcili qapadılmalıdır.
9. Azərbaycan din qurumlarının İranın məzhəbci qurumları ilə əməkdaşlığına son
verilməlidir.
10. QMİ bu hadisəni lənətləməli və İran din cevrələriylə əmakdaşlığa son verdiyini
acıqlamlıdır.
Sayğılarımızla,
Milli Hərəkatcılar Birliyi
27.01.2023
© 2020 - Created by İLK XEBER.