Yasamal məhkəməsi Eynulla Fətullayevin şikayəti əsasında Aydın Canıyevə 1 aylıq inzibati həbs verdi

Tanınmış jurnalist Aydın Canıyevin həbs xəbəri təsdiqləndi. Məlum olub ki, onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Yasamal rayon məhkəməsi Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verib.

Belə ki, jurnalist Eynulla Fətullayev onun barəsində Baş Prokurluğa şikayət verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

Aydın Canıyevin ğzünün feysbuuk səhifəsində də belə bir paylaşm var: “Yasamal məhkəməsi Aydın Cana 1 aylıq inzibati həbs verdi!

Eynulla Fətullayevin Baş prokurorluğa fb statuslarına görə iddia ərizəsi əsasında.

Aydın Can qərara etiraz etməmiş, vəkildən imtina etmişdir!

Bir aydan sonra hər şeyi hər kəsi AYDINlatmaq ümidiylə”.

Allah tezliklə azadlığa qovuşdursun!