Samir Adıgözəlli Rusiyadan deport edildi – VİDEO

Dünən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bu gün Rusiyanın Moskva şəhərinin “Şeremetevo” hava limanında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

Samir Adıgözəlli bildirib ki, ona saxlanmasının səbəbini Rusiyanın xüsusi xidmət orqanlarının xüsusi göstərişinin olması ilə izah ediblər və əsas kimi Rusiya qanunun 26 və 27-ci maddələrinin tələblərini göstəriblər. 

İlkxeber.org məlumat verir ki, Rusiyanın paytaxtı Moskva şəhərindəki “Şeremetevo” hava limanında saxlanılan İSBAM sədri Samir Adıgözəlli bu gün artıq Rusiyadan deoprt edilib. 

Samir Adıgözəlli baş verənlərə ayfınlıq gətirmək üçün Azinforum.az-a yeni bir videomüraciət göndərib. O, Rusiya buraxılmamağının səbəbini ətraflı izah edib. QHT sədri hazırda Bakıdadır.

İSBAM sədrinin təcridxanadan Azinforum.az-a göndərdiyi videomüraciəti təqdim edirik: