Zirəddin Rzayev Moskvada "Qızil Ürəklər"in mükafatına layiq görülüb

Həmyerlimiz, tanınmış ekstarsens Zirəddin Rzayev Rusiya Federasiyasının "Qızil Ürəklər" Fondunun mükafatına layiq görülüb. Bu barədə İlkxeber.orga-a Zirəddin Rzayev özü məlumat verib.

Qeyd edək ki, "Qızil Ürəklər" Fondu uzun müddətdir ki, onkoloji və digər ağır xəstəliyə tutulmuş uşaqlara maddi və mənəvi dəstək verməklə müxtəlif konsert və tədbirlər keçirir. Məşhur ekstrasensə təqdim olunan bu mükafata, həmçinin SSRİ və Rusiyanın görkəmli xalq artistləri, məşhur diktorları, radio və teleaparıcıları da layiq görülüblər.