2022-ci ildə dünya müharibə, qida problemi və bir çox siyasi böhranın şahidi olub.
Musavat.com xəbər verir ki, "Foreign Policy" jurnalı 2023-cü ildə yaxından izlənməsi lazım olan hadisələrdən yazıb.
Jurnal öz siyahısına Türkiyəni də daxil edib. “2023-cü ildə Gözləniləcək Seçkilər” başlıqlı xəbərdə Türkiyədəki seçkilərə də geniş yer verilib. Seçkilərin əhəmiyyətini vurğulayan qəzet Ərdoğanın diqqət çəkən təhlilinə də yer verib.
Sözügedən məqalədə bu ifadələr yer alıb: “Ərdoğan 2002-ci il seçkilərində qalib gəldi, 2003-cü ildə baş nazir oldu və o vaxtdan bəri Ankaranın ən önəmli adamıdır”.
Müxalifətin namizədinin hələ də dəqiqləşdirilmədiyini vurğulayan təhlildə qeyd olunub ki, indidən altı ay sonra keçiriləcək seçki ilə bağlı genişmiqyaslı proqnozlar vermək üçün hələ tezdir: "Ərdoğanın prezidentliyə rəqibinin kim olacağını hələ bilmirik”.
"Politico" və "Breitbart News" da Türkiyədəki seçkiləri “dünyanı dəyişə biləcək 5 hadisə” siyahısında göstərib. İyun ayında keçirilməsi planlaşdırılan seçkidə ən çox ehtimal edilən ssenarinin Ərdoğanın asan qələbə qazanması olduğu bildirilir.
"Breitbart News", həmçinin müxalifətin hələ öz namizədini müəyyənləşdirmədiyini vurğulayıb.
France24 də Türkiyədə 2023-cü il seçkilərini yeni ilin ən böyük hadisələrindən biri kimi göstərib.
Musavat.com
© 2020 - Created by İLK XEBER.