Osmanlı mətbəxinin LƏZZƏTLƏRİ: İbn Sinanın məşhur kitabında adı keçən soyuq havaların vazkeçilməz sultan məcunu - FOTO

Osmanlı mətbəxində daha çox qış aylarında istifadə edilən saleb adlı içkinin xüsusi yeri var.

Ilkxeber.org bildirir ki, Anadoluda səhləbçiçəyin kök yumrularından əldə edilən toz və onunla hazırlanan içkiyə salep deyilir. Salep içkisinin türklər tərəfindən icad edildiyi söylənilir. XI əsrdə İbn Sina "Əl-qanun fit-tibb" adlı əsərində salebə geniş yer ayırıb. Salep XV əsrdə yazılmış tibb kitablarında da yer alıb. Osmanlı sultanı I Əhmədin zamanında yazılmış bir risalədə salep də sultanın məcununun əsas inqrediyentlərindən sayılıdığı qeyd edilir. 

Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsəri

Müalicə məqsədləri üçün istifadə edilən salep 17-ci əsrdən etibarən qış içkisi kimi görünür. XVIII və XIX əsrlərdə bəhməz, bal və ya şəkərlə şirinləşdirilir, zəncəfil, darçın, gül suyu və ya çiçək suyu əlavə edilir, bəzən üzərinə quru qaymaq çəkilirdi. 

Qəhvə qədər qalıcı bir vərdişə çevrilməsə də, salep 17-ci əsrdə Türkiyədən İngiltərə və Fransaya yayılıb. 1730-cu illərdən sonra Londonda salep mağazaları (saloop houses) açılıb. XX əsrin ortalarında Böyük Britaniyanın bəzi bölgələri istisna olmaqla, salep çay və ya qəhvəyə məğlub olub. 

Boza isə müxtəlif taxıllardan, xüsusilə darı yarması, su və şəkərdən hazırlanan və qış mövsümündə istehlak edilən bir içkidir. Ən qədim türk içkilərindən biridir. Türkcə “boza” sözü keçmiş Osmanlı torpaqları, Orta Asiya, Orta və Şimali Afrika da daxil olmaqla geniş coğrafiyada işlənir və 20-dən çox dildə yer alır. Boza haqqında ən qədim qeyd Uyğur həkimi tərəfindən yazılan və Monqol hökmdarına təqdim edilən 1330-cu il tarixli qidalanma kitabındadır. İkinci qeyd İbn Batutanın 1333-cü il tarixli "Səyahətnaməsi"dir. Məşhur səyyah Deşt-i Qıpçaq bölgəsini təsvir edərkən türklərin mütləq içdiyi bozanı qeyd edir. 

İstanbulun yerli sakinləri bozanı dükanda satarkən, albanlar qış gecələri küçələrdə satırdılar. Səyyar bozaçılar mani deyərək, boza satıb qış gecələrini şənləndirirdilər.

İstanbulun bir çox məhəlləsində bu ənənə bu gün də davam edir. Boza demək olar ki, bütün Balkan ölkələri, Türkiyə, Qırğızıstan və Qazaxıstanda sevilir və istehlak edilir. Ənənəvi olaraq darçınla səpilir və qovrulmuş noxudla içilir.