Aydınlar Partiyası Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz edən Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən ekoloqların, könüllü fəallarının iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının tələblərini tamamilə bəyənir və dəstəkləyir. Bu fikirləri İlkxeber.org-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirmişdir. Partiya sədri qeyd etmişdir ki, Azərbaycanın rəsmi qurumlarını təmsil edən şəxslərin Rusiya hərbi kontingentinin nəzarəti altında olan ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmasına imkan verilməməsi hərbi kontingentin və və erməni separatçılarının birgə təxribatı nəticəsidir. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən ekoloqların və fəallarının buna etirazı təbiidir. Bütün bunlar bir daha onu göstərir ki, Rusiya hərbi kontingenti birtərəfli mövqe tutaraq separatçılarından maraqlarından çıxış edir, üçtərəfli bəyanatla müəyyən olunmuş mandatından kənara çıxaraq üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir. Buna görə də, həmin hərbi kontingentin Azərbaycan ərazilərindən çıxarılması zamanın tələbidir. Q.Əlibəyli bildirmişdir ki, Aydınlar Partiyası etiraz edən vətəndaş cəmiyyəti təşkilatlarına qoşulmaq niyyətinin olduğunu bəyan edir və Rusiya hərbi kontingentin Azərbaycan ərazilərindən çıxarılması, seperatçı rejimin dərhal tərksilah edilərək, onun təmsilçilərinin məsuliyyətə cəlb olunmasını tələb edir.
© 2020 - Created by İLK XEBER.