İqtisadiyyat naziri Mikayıl Cabbarov koronaya yoluxdu

İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə İnnovasiya Sammitində məlumat verilib.

Tədbirin aparıcısı qeyd edib ki, nazir koronavirusa yoluxduğundan tədbirə onlayn formatda qatılır.