Laçın-Şuşa yolundakı aksiyadan FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup şəxs və ictimai fəallar Laçın-Şuşa yolunda etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.

Məlumat üçün bildirək ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.

Aksiyadan yeni görüntüləri təqdim edir: