Bir dəfə hindli milyarder Ratanji Tataya radio aparıcısı tərəfindən telefonda belə bir sual verilib:
"Cənab, həyatda ən xoşbəxt olduğunuz anı necə xatırlayırsınız?"
Ratanji Tata aparıcının sualına cavabında bildirib: “Həyatda xoşbəxtliyin dörd mərhələsindən keçdim və sonunda gerçək xoşbəxtliyin anlamını anladım.
İlk mərhələ sərvət və ehtiyat toplamaq idi.
Amma bu mərhələdə istədiyim xoşbəxtliyi əldə edə bilmədim.
Ardından qiymətli əşyaların toplanması olan ikinci mərhələ gəldi.
Amma bunun təsirinin də keçici olduğunu və qiymətli şeylərin parıltısının uzun sürmədiyini fərq etdim.
Ardından böyük bir layihə almaq olan üçüncü mərhələ gəldi. O zaman Hindistan və Afrikadakı dizel yataqlarının 95%-inə sahib idim. Ayrıca Hindistan və Asyadakı ən böyük polad zavodunun sahibiydim. Amma burada da xəyal ettiyim xoşbəxtliyi əldə edə bilmədim.
Dördüncü addım, bir dostumun məndən 200 nəfərə yaxın əlil uşaqlalar üçün təkərli əlil arabası almağımı xahiş etməsiydi. Dostumun tövsiyəsiylə həmən təkərli əl arabalarını aldım.
Amma dostum onunla getməyimi və əlil arabalarını uşaqlara birlikdə verməyimizi ısrar etdi. Məndə hazırlaşıb onunla getdim. Orada uşaqlara əlil arabalarını öz əllərimlə verdim. Bu uşaqların üzlərində gəribə bir xoşbəxtlik parıltısı gördüm. Hamısını əlil arabalarında oturarkən, dolaşarkən və əylənərkən gördüm. Aldıqları bir hədiyəni qeyd etmələri üçün bir piknik yerinə gəlmiş kimiydilər.
Gerçək xoşbəxtliyi içimdə hiss etdim.
Ayrılmağa qərar verdiyimdə uşaqlardan biri ayağımdan tutdu. Ayaqlarımı yavaşça çəkməyə çalışdım, amma uşaq üzümə baxdı və ayaqlarımı bərk-bərk tutdu. Əyilib uşaqdan soruşdum: "Başqa bir şeyə ehtiyacın varmı?" Bu uşağın verdiyi cavab məni, sadəcə şok etməklə bitmədi, həyata baxışımı da tamamən dəyişdirdi.
Uşaq dedi: "Üzünü xatırlamaq istəyirəm ki, cənnətdə görüşdüyümüzdə səni tanıyıb bir daha təşəkkür edə bilim!.."
© 2020 - Created by İLK XEBER.