Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
"Rupor" un məlumatına görə, son turda Tunis yığması ilə qarşılaşan "xoruzlar" 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 58-ci dəqiqədə Afrika təmsilçisindən Vəhbi Xəzri açıb. Əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə isə Antuan Qrzimann yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran Fransa seçməsi 1/8 finala birincisi kimi yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
20:18
Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.
"Rupor" un məlumatına görə, Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib./report
© 2020 - Created by İLK XEBER.