Şuşa ili bağlı yeni kitab: ABŞ və Böyük Britaniyada nəşr edilən qəzetlərdəki materiallardan seçmələr əsasında tərtib edilib

Azərbaycan Tarixi Kitabxanası tərəfindən hazırlanmış Şuşa ili bağlı yeni kitab çap edilib. “Şuşa ABŞ və Böyük Britaniya məbuatında: 1827-1915-ci illlərə aid  qəzet materiallar əsasında” adlı kitab Elnur Nəbiyev və Ədibə İsmayılovanın həmmüəllifliyi ilə işıq üzü görüb.

Məhdud sayda və əsasən kitabxanalara paylamaq üçün nəşr edilmiş bu əsər adından da göründüyü kimi yalnız ABŞ və Böyük Britaniyada nəşr edilən qəzetlərdəki Şuşa ilə bağlı materiallardan seçmələr əsasında tərtib edilib.