Türkiyə səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Ilkxeber.org xəbər verir ki, səfirlik bu barədə "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik”.