Binəli Yıldırım: "Zəfər Günün mübarək, can Azerbaycan"

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Bu barədə o, rəsmi tviter səhifəsində paylaşım edib.

"Zəfər Günün mübarək, can Azerbaycan. Vətən üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm", - paylaşımda qeyd edib.