Zəfər Günü münasibətilə çəkilmiş videoçarx marağa səbəb oldu

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hazırlanmış videoçarx marağa səbəb olub.

Ilkxeber.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, videoçarx paytaxtın alış-veriş mərkəzlərində lentə alınıb.

Belə ki, əfsanəvi sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı kompozisiya şəklində təqdim olunub.

Alış-veriş mərkəzlərinin ziyarətçiləri baş verənləri əvvəlcə təəccüb hissi ilə qarşılayıb, daha sonra ifaçıları alqışlayıb, onları lentə alıblar.

Həmin görüntüləri təqdim edirik: