“Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində növbəti müzakirə keçirilib - FOTO

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi oktyabrın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” adlı layihə çərçivəsində Bakı şəhərində Emal Sənayesi Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dəyirmi masa keçirib.

Birlikdən verilən məlumata görə dəyirmi masa ətrafında məişət zorakılığının əsas başvermə səbəbləri və ona qarşı aparılan preventiv mübarizə metodları barəsində müəllim və tələbələrlə geniş müakirələr təşkil olunub.
Müzakirələrə başlamadan öncə mərkəzin direktoru Mətləb Hüseynov giriş sözü ilə qonaqları, müəllim və tələbələri salamladı. O, layihə mövzusunun aktuallığını və bu istiqamətdə gənclər arasında təbliğat xarakterli müzkirələrin önəmli olduğunu xüsusilə vurğuladı.

Layihə rəhbəri Nailə İsmayılova ideya müəllifi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə bir aktual mövzunun ictimai müzakirəyə çıxarılmasında maddi dəstəyinə görə təşəkkür etdi. Layihə üzrə ekspert Samirə Mustafayeva və hüquqşünas Fariz Əkbərov layihənin uğurla icra olunduğunu və layihədən faydalananların çoxlu sayda bilgi əldə etdikləri barədə rəylərini bildirdilər. Müzakirələrdə Mərkəzin psixoloqu Münəvvər Babayeva, direktor müavini Əliyar Musayev və digərləri, eyni zamanda tələbələr mövzuya öz münasibətlərini bildiriblər.

Layihə çərçivəsində hazırlanmış sosial çarxın təqdimatı zamanı dəyirmi masa iştirakçıları öz duyğularını gizlədə bilmədilər. Sonda iştirakçılara mövzunun aktuallığını əks etdirən kitabça və bukletlər, içərisində tədbir üçün nəzərdə tutulmuş dəftərxana ləvazimatları ölan qovluqlar paylanılıb. Daha sonra səmimi şəraitdə, çay süfrəsi arxasındada söhbətlər davam edib.