"A.M.Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi" adlı filmin çəkilişləri başa çatıb

“Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin Ağa Musa Nağıyevə həsr etdiyi filmin çəkilişləri uğurla başa çatıb. Bu barədə “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, "A.M.Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi" adlı filmdə Ağa Musa Nağıyevin qardaş Türkiyəyə göstərdiyi xidmətlərindən və xeyriyyəçiliyindən söhbət açılır.

Qeyd edək ki, A.M.Nağıyev xeyriyyəçilik fəaliyyətinə görə o dövrdə Sultan V Mehmet Rəşad tərəfindən Osmanlı ordenləri ilə təltif edilib.

Filmdə görkəmli alimlər və tarixçilər, eləcə də məşhur xeyriyyəçinin nəvəsi Dilarə xanım Musayevə Ağa Musa Nağıyev və film barədə öz fikirlərini bildiriblər.