Ali məktəblərlə valideynlər arasında əlaqələr: mövcud vəziyyət və təkliflər

Müasir dövrdə Azərbaycanda orta məktəblərdə şagirdlərin təlim və tərbiyəsində məktəblə valideynlər arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülüb və çalışılır ki, valideynlər övladlarının təhsil prosesində yaxından iştirak etsinlər. Bunun yaxşı qiymətləndiriləcək tərəfləri və nəticələri də çoxdur. Lakin çox təəssüf ki, ali təhsil müəssisələri haqqında bunu demək mümkün deyil. Çünki ali məktəblər valideynlərlə əməkdaşlığa vaxt, enerji ayırmır və bu istiqamətdə fəaliyyət planlarına və onu həyata keçirəcək kadrlara sahib deyillər. Hər şey müəllimlərin özlərinin pedaqoji yanaşma və bacarıqlarına, inzibati işçilərin bürokratik idarəetməsinə bağlı olaraq tənzimlənir. Müşahidələr isə göstərir ki, ali təhsil müəssisələrinin valideynlərlə əməkdaşlığı tələbənin məsuliyyətinin artırılmasına, təhsil göstəricilərinin və tərbiyəvi davranışlarının yaxşılaşmasına səbəb olur. Hazırda bu sahədə epizodik əlaqələrin olduğu qeydə alınsa da, amma üzə çıxan effektiv nəticələri onun inkişaf etdirilməsinin zəruriliyini diqtə edir.

Xüsusilə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin yuxarı siniflərdə repititorluq kurslarında daha çox təhsil almaları onların ali məktəblərə uyğunlaşmalarında və auditoriyalarda çoxsaylı tələbələrlə birlikdə dərslərə adatasiyasında problemlərlə qarşılaşmasına səbəb olur. Onların bu problemləri dəf etməsində universitet-valideyn əlaqələrinin həlledici təsirləri vardır.

Araşdırmalar göstərir ki, ölkəmizdə fəaliyət göstərən dövlət universitetləri valideynlərlə əlaqələrə o qədər də əhəmiyyət vermirlər. Onlar özlərinin üstün statuslarına, reytinqlərinə söykənərək tələbənin problemlərinin həllini təkbaşına qarşılamağa çalışırlar. Bu zaman anlaşma mühitindən daha çox inzibatı yanaşmalar və cəzalar işə salınır. Özəl universitetlər isə valideynlərlə əməkdaşlıqda daha maraqlı görünürlər. Belə ki, Bakı Avrasiya Universiteti, Xəzər Universiteti, Qərb Universiteti davamlı şəkildə olmasa da valideynlərlə görüşlər keçirərək, tələbələrin təhsil və tərbiyə sahəsindəki fəaliyyətlərini onlarla müzakirə edirlər. Bunlar, eyni zamanda, Odlar Yurdu Universiteti, Biznes Universiteti problemli tələbələrin valideynlərinə məktublar ünvanlayır və yaxud onlarla telefon əlaqəsi yaradaraq həll yollarını axtarırlar. Artıq universitetlər öz üzərlərindəki məsuliyyətin yükünü və onun uğurla yerinə yetirilməsinin həll yollarını dərk etməyə başlayıblar.

Artıq dərk olunur ki, insanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır.

Tәhsil sahәsindә aparılan islahatlarlar öz nəticələrini cəmiyyətdə daha tez göstərməkdədir. Bu islahatların sәmәrәli hәyata keçirilmәsindә hәlledici rol ilk növbәdә universitetlərdə olan abı-hava, məktəb-valideyn, valideyn-müәllim münasibәtlәridir. Məhz bu qarşılıqlı әlaqәlәr təhsilalanların daha yaxşı mütəxəssis kimi yetişməsinə, cəmiyyət üçün yararlı kadr kimi formalaşmasına və milli-mənəvi, əxlaqi dəyərlərə sadiq vətəndaş kimi ortaya çıxmasına əsaslar formalaşdırır.

Hәr bir cәmiyyәt istәyir ki, gənclər böyüyәrәk mәsuliyyәtli vә layiqli vәtәndaş kimi yetişsinlәr vә cәmiyyәtin inkişafında öz әvәzsiz rollarını oynaya bilsinlәr. Valideynlәrin vә ictimaiyyәtin cәlb edilmәsi ilә, ilk növbәdә tələbənin aldığı tәhsilin sәviyyәsini artırmaq, mәktәbin bir çox problemlәrini yerli әhalinin kömәyi ilә hәll edilmәsi vә ümumiyyәtlә, demokratik cәmiyyәt quruculuğu naminә ictimaiyyәtin fәallaşmasına nail olmaq mümkündür.

Təhsilin tələblərindən biri cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Bu baxımdan cəmiyyətin tələblərinə cavab verə biləcək vətəndaşın təkcə təhsili deyil, həm də düzgün tərbiyəsi məktəbin ümdə vəzifələrindən, məsuliyyətli işinin bir hissəsidir. Məktəb-valideyn münasibətlərini doğru istiqamətə yönəltmək isə müəllimin peşəkarlığının göstəricisidir.

Müşahidələr göstərir ki, Azərbaycanda universitetlər valideynləri daha çox övladlarının qeyri-qənaətbəxş hərəkətləri, nöqsanları, çatışmazlıqları barədə məlumatlandırırlar. Psixoloqlar və təhsil ekspertləri bildirilər ki, görüş zamanı onlara ən gözəl xəbərlər verilməli, sadəcə problemlərdən danışılmamalıdır. Tələbələrin uğurları haqqında lazım gəldikdə valideynlərə təşəkkür məktubları da ünvanlanmalıdır.

Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, bu gün təhsilin məzmununda, onun təşkili məsələlərində baş verən dəyişikliklərlə bağlı valideyni maarifləndirməyi, onunla düzgün münasibət qurmağı bacaran müasir məktəb, əslində, öz işinin uğrunu təmin etmiş olur. Bununla o, valideyni məharətlə tənqidçidən müttəfiqə çevirir, onun təcrübəsindən, dünyagörüşündən və bacarığından təlimdə müvəffəqiyyət əldə etmək üçün bəhrələnir. Nəzər alsaq ki, ali təhsil müəssisələri Boloniya prosesinə qoşulublar və təhsildə kredit sistemi tətbiq olunur, bu da valideynlər tərəfindən düzgün anlaşılmır və onların geniş, hərtərəfli məlumatlandırılmasına, onlarla əlaqələr qurulmasına ciddi ehtiyac olduğunu diqtə edir.

Ona görə də valideynlərin pedaqoji mədəniyyətinin yaxşılaşdırılması qayğısına qalınmalıdır. Gənclərin təhsil və tərbiyəsində bir çox nüansların məktəbdən və müəllimlərin peşəkarlığından asılı olmadığını nəzərə alaraq diqqət həmçinin məktəblə ailənin üzərinə cəmlənir. Valideynlərin pedaqoji təhsil səviyyəsi, universitet və ailə arasındakı qarşılıqlı əlaqənin ayrılmaz bir elementidir.

Deməli, pedaqoji mədəniyyət bir insanın ümumi mədəniyyətinin bir hissəsidir ki, bu da əvvəlki nəsillər tərəfindən toplanmış təcrübəni və ailədə uşaq böyütmə təcrübəsini davamlı olaraq zənginləşdirmişdir.

Müəllim fəaliyyətinin məqsədləri, vəzifələri, məzmunu və metodlarının təhlili əsasında ailənin pedaqoji mədəniyyətinin empirik modelini yaratmaq mümkün olmuşdur. Buraya aşağıdakı aspektlər daxildir:

- məlum miqdarda pedaqoji bilik, aktiv fəaliyyət, biliyi dərinləşdirmək və özünü inkişaf etdirmək istəyi ilə xarakterizə olunan intellektuallıq;

- fərdin əxlaqi münasibətləri və idealları ilə səciyyələnən zəka;

- pedaqoji təcrübənin ifadəsi olan pedaqoji erudisiya, sosial tələbləri pedaqoji tapşırıqlara çevirə bilmək, konkret pedaqoji vəziyyətlərdə məhsuldar qərarlar qəbul etmək, inkişaf prosesinin son nəticəsinin nə olacağını proqnozlaşdırmaq;

- cəmiyyətə, digər insanlara, özünə münasibətini müəyyənləşdirən şəxsiyyət xüsusiyyətləri;

- təhsil prosesinin tərtibində, təşkilində, stimullaşdırıcı fəaliyyətdə, müxtəlif metodlarda, təhsil təsirləri və qarşılıqlı əlaqələrin nəticələrinin qiymətləndirilməsinə analitik və tənqidi yanaşmada tətbiq olunan pedaqoji bacarıq.

Pedaqoji mədəniyyət ümumi mədəniyyət əsasında və xüsusi hazırlıq əsasında formalaşır. Valideynlərin pedaqoji mədəniyyətini yüksəltməyin yollarını da müəyyənləşdirmək mümkündür:

  • pedaqoji biliklərin təbliği formaları:
  • pedaqoji universal təhsil;
  • pedaqoji biliyin universitetdə tədrisi;
  • psixoloji və pedaqoji mövzularda mühazirələr;
  • valideynlik məsələləri üzrə seçilmiş seminarlar;
  • fərdi və qrup məsləhətləşmələri;
  • çap nəşrlər, radio və televiziya çıxışları;
  • psixoloji və pedaqoji ədəbiyyatla tanışlıq;
  • pedaqoji (təhsil) təcrübəsinin zənginləşdirilməsi və dərk edilməsi.

Valideynlərin pedaqoji mədəniyyətini yüksəltmək üçün məqsədyönlü iş aparmaq uşaqların tərbiyəsində müəllimlər və ailələr arasında səmərəli əməkdaşlığa zəmin yaradır və mikro cəmiyyətin formalaşmasına ciddi təsir göstərir.

Valideynlərin pedaqoji mədəniyyəti valideynlərin təhsil fəaliyyətinin əsasını təşkil edir. Evdə uşaq tərbiyəsinin uğuru və effektivliyi valideynlərin pedaqoji mədəniyyət səviyyəsindən asılıdır. Buraya bir neçə komponent daxildir:

- uşaq böyütmək üçün məsuliyyətin anlaşılması;

- uşaqların inkişafı, tərbiyəsi, təhsili haqqında biliklər;

- ailədəki uşaqların həyatını və fəaliyyətini təşkil etmək, təhsil fəaliyyətlərini həyata keçirmək üçün praktik bacarıqları;

- digər təhsil müəssisələri (məktəbəqədər təhsil müəssisəsi, məktəb) ilə məhsuldar ünsiyyət.

Ailə təhsili təcrübəsi göstərir ki, valideynlərin əksəriyyəti pedaqoji və psixoloji cəhətdən tələbə ilə münasibət qurmaqda, onların tərbiyəsini yaxşılaşdırmaqda acizdirlər. Buna görə də, valideynlərin pedaqoji mədəniyyətinin və məqsədyönlü tərbiyəsinin son nəticədə onlara kömək edəcəyi konseptual məsələyə çevrilmişdir:

- bir tərbiyəçi kimi güclü və qabiliyyətlərinə olan inamsızlığı aradan qaldırmaq;

- şəxsi həyatı normallaşdırmaq;

- tələbələrin həyatını humanistləşdirərək onların tərbiyəsini yaxşılaşdırmaq;

Ailə təhsili milli təhsil və tərbiyə sisteminin ayrılmaz hissəsidir. Effektivliyi valideynlərin pedaqoji hazırlıq və pedaqoq kimi yetkinlik kimi başa düşülən pedaqoji mədəniyyət səviyyəsindən asılıdır.

Pedaqoji təhsil müəssisələrdə, valideynlərin işlədiyi yerdə də aparıla bilər.

Ailənin bütün məktəb işləri iki əsas qrupa bölünür: kollektiv və fərdi. Kollektiv iş formalarına pedaqoji mühazirə zalı, elmi-praktik konfrans, valideyn iclası və s.

Pedaqoji mühazirə zalının məqsədi - valideynlərin diqqətini cəlb etmək üçün müasir təhsil mövzuları qoyulur. Bu forma valideynlərin təhsil nəzəriyyəsinin əsasları barədə sistematik biliklərlə təchiz edilməsini nəzərdə tutur.

Avropanın bəzi məktəblərində valideynlər üçün pedaqoji bilik universitetləri mövcuddur ki, bunlar mühazirələr və ümumi pedaqoji təhsil ilə müqayisədə valideynlərin təhsil nəzəriyyəsini mənimsəmələri üçün daha mürəkkəb iş formalarını əhatə edir. Dərslər mühazirə kursu ilə yanaşı seminarları da əhatə edir.

Məlumdur ki, övladlarının ali təhsil həyatına başlaması valideynlərin qayğısını daha da artırır. Valideynlər bütün bu çətinliklərin öhtəsindən gəlmək üçün uşaqlarının keçdikləri bütün proseslərə görə məsuliyyət hissi daşımalı və ən əsası onlara qarşı həssas olmalı, nəzarət funksiyasını yaddan çıxarmamalıdırlar. Psixoloqların fikrincə, valideyn övladının təhsil illərində daim öz öhdəliyini hiss etməli, bir növ övladına bilgili həyat dostu olmalıdır. Bəzən övladını universitetə yola salan valideyn onunla bağlı bütün məsuliyyəti məktəbin daşımalı olduğunu düşünür. Xüsusilə, son illərin təcrübəsi göstərir ki, müəllimlərlə valideynlərin müştərək işi, nəzarəti öz müsbət nəticəsini göstərir. Bu yolla valideynlər məktəbin və dolayısı ilə övladının problemlərindən xəbərdar olur, onların birgə həllinə çalışır. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılır. Valideyn övladının məktəbdə qarşılaşdığı problemlərdən xəbərdar olur.

Müəllim müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, tələbələrin zehni fəallığının təmini, müstəqil işləmələrin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin, həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir.

Təhsilin tələblərindən ən mühümü cəmiyyət üçün vətəndaş yetişdirməkdir. Bu baxımdan cəmiyyətin tələblərinə cavab verə biləcək vətəndaşın təkcə təhsili deyil, həm də düzgün tərbiyəsi müəllimin ən mühüm vəzifələrindən, məsuliyyətli işinin bir hissəsidir.

Müasir müəllim valideyn ilə məktəb arasında vahid tərbiyəvi mühit yaratmağı bacarmalıdır. Dünya təcrübəsi göstərir ki, müəllim təlimi uğurlu təşkil etmək üçün hər görüşdə valideynlərin rəyini öyrənməlidir. Bu məlumat bazası isə təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edər.

Aparılan müşahidələrdən belə nəticəyə gəlmək olar ki, bu gün təhsilin məzmununda, onun təşkili məsələlərində və nəhayət, qiymətlənləndirmə sistemində baş verən dəyişikliklərlə bağlı valideyni maarifləndirməyi, onunla düzgün münasibət qurmağı bacaran müasir müəllim, əslində öz işinin uğrunu təmin etmiş olur. Bununla o, valideyni məharətlə tənqidçidən müttəfiqə çevirir, onun təcrübəsindən, dünyagörüşündən və bacarığından təlimdə müvəffəqiyyət əldə etmək üçün bəhrələnir.

Ali təhsil müəssisələrinin hamısında valideyn-müəllim münasibətləri eyni deyil və burada hər şey düzgün idarəçilikdən asılıdır. Məktəbdə problemin yaşanmaması onu idarə edən şəxsin peşəkarlığından, yanaşmasından asılıdır. Eyni zamanda müəyyən problemlər yaşayan tələbələrin valideynləri məktəb psixoloqlarına müraciət etməli və yalnız birgə əməkdaşlıq ortaya çıxan problemləri aradan qaldıra bilər.

Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini xüsusilə qeyd etmək vacibdir. Birinci tip amillərə - ata ilə ana, valideynlərlə uşaqlar, bacı ilə qardaş arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluşu ikinci tip amillər sırasına daxildir. İkinci tip amillər uşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz. Ailə münasibətləri hər şeydən əvvəl uşaqların emosiya və hisslərinə təsir göstərir. Yaş artdıqca uşaqlar həmin münasibətləri mənimsəyir, nəticədə bu zəmində də oğlan və qızların xarakter əlamətləri formalaşır.

Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən “müəllim – tələbə” münasibətlərinin qurulmasında nəzakətli olmalı, onun davranışına verilən etik tələbləri gözləməli, tələbələrin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

Müəllim və tələbə arasında qarşılıqlı hörmət, sevgi olmalıdır ki, müəllim tələbəyə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim tələbəni bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməlidir.

Düzgün qurulmuş müəllim – tələbə münasibətləri tələbələrin təlimə marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət tələbələrin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində tələbə-müəllim problemlərinin yaranmasına gətirib çıxarır.

Müəllim və tələbə arasında problemləri aradan qaldırmaq üçün aşağıdakı fikirləri qeyd etmək olar:

1. Müəllim yaxşı psixoloq olmağı bacarmalıdır. Təhsil mərkəzlərində psixoloji treninqlər keçirilməli, müəllimlər üçün tez-tez məşğələlər təşkil olunmalıdır.

2. Müəllimlər təkcə elmi cəhətdən deyil, etika, estetika baxımından da yüksək mədəniyyətə malik olmalıdır.

3. Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır. Çünki hər bir tələbənin fərdi xarakterik xüsusiyyəti var və hər müəllim də ona uyğun davranmalıdır.

4. Müəllim valideynlə əlaqəyə açıq olmalıdır ki, məktəbdə baş verənlərdən valideyn xəbərdar olsun. Çox təəssüf ki, bizdə müəllimlər valideynlərlə ünsiyyətdən maksimum şəkildə yayınır, koordinatlarını gizlədirlər.

5. Tələbələr müəllimlərinə qarşı hörmətlə, etiqadla yanaşmalıdır. Qarşılıqlı şəkildə anlaşma yaratmağa çalşmalıdırlar.

6. Tələbələr müəllimi təkcə pedaqoq kimi görməməlidir. Müəllimi özlərinə dost bilməli, problemlərini, yoldaşları arasında olan konfiliktlərini onunla həll etməyə çalışmalıdırlar.

8. Məktəb həyatında müəllim-tələbə arasında da konfikiktlər baş verir. Bu zaman tələbələr etik qaydaları keçməmək şərti ilə öz fikirlərini müəllimlərinə deməlidirlər.

Ali təhsil müəssisələri təlim, tərbiyə oçağıdır. Burada əsas məqsəd cəmiyyət üçün savadlı, vətənsevər, yüksək mənliyə və ləyaqətə malik əxlaqi və mənəvi dəyərlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Bu cür şəxsiyyətlər o zaman tam formalaşır ki, indi prioritet vəzifə kimi qarşıya qoyulan universitet-müəssisə əlaqələri kimi müəllim-valideyn, universitet-valideyn münasibətlərinin vəhdəti ön planda olsun.

 

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovasiyalara və İnkişafa Dəstək İB-nin icra etdiyi "Ali məktəblərlə valideynlər arasında əlaqələrin yaradılmasına dəstək” layihəsi çərçivəsində apardığı araşdırmalara əsasən hazırlanmışdır.