Tələbə mobilliyi: problemlər və həll yolları

Yüksək səviyyəli akademik mobillik infrastrukturun inkişafını və maliyyə mənbələrinin mümkünlüyünü nəzərdə tutur. Hazırda ölkə daxilində mobilliklə bağlı müəyyən müsbət tendensiyalar olsa da, bu kifayət deyil. Tədris qrafikləri, xüsusilə seçmə fənnlər, universitetlərarası əməkdaşlığın və anlaşmanın səviyyəsi mobilliyin hərtərəfli olaraq həyata keçirilməsinə mane olur. Ona görə də hələlik tələbələrin Avropa və digər xarici ölkələrdəki ali məktəblərə kütləvi ezam olunmasından danışmağa dəyməz. Amma bu məsələ ali məktəblərin və təhsilə cavabdeh orqanların diqqət mərkəzindədir. Qərbi Avropanın özündə belə tələbələrin mobillik faizi arzu olunandan çox aşağı səviyyədədir. Bu göstərici tələbələrin yalnız 5-10 faizini əhatə edir.

Bununla belə bir sıra ölkələr bu sahədə müəyyən irəliləyişə malikdirdilər. Məsələn, Finlandiyada bu göstərici 30 faizi təşkil edir. Qeyd edək ki, mobillik ali məktəb müəllimlərinin elmi tədqiqat işləri üçün də xüsusi əhəmiyyətə malikdir. Belə ki, tədqiqat avadanlıqlarının, beynəlxalq elmi dövri mətbuatın, elmi-monoqrafik ədəbiyyatın azlığı, elmi konfransların, seminarların və simpoziumların təşkilinin çətinliyi və iştirakın bəzi hallarda mümkünsüzlüyü mobillik məsələsini daha da aktuallaşdırır. Göstərilənlərin başlıca səbəbi isə maliyyə resurslarının çatışmamasıdır. Nə professor-müəllim heyətinin, nə də inzibati işçilərin əməkhaqları və ali məktəblərin gəlirləri Qərbin ali məktəbləri ilə eyni səviyyədə akademik mobillik şərtinin yerinə yetirilməsinə imkan vermir. Eyni vəziyyət tələbələr üçün də mövcuddur.

Göründüyü kimi, bütün bu tələbləri yerinə yetirmək çox çətindir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, eyni vaxtda müxtəlif ali məktəblərin reallaşdırdığı proqramın tam üst-üstə düşməsindən ötrü proqramlarda bir sıra ciddi dəyişikliklərin edilməsinə ehtiyac duyulur. Qərbi Avropada isə birgə təhsil proqramlarının həyata keçirilməsi layihələri çox geniş yayılmışdər və bu sahədə problem yoxdur. Məsələn, İtaliyada 1998-2000-ci illərdə dil təhsilinin beynəlmiləlləşməsinin birinci proqramı çərçivəsində çox böyük işlər görülmüşdür. Maliyyə dəyəri 20 milyard lir olmuş proqramda İtaliyanın 68 universiteti iştirak etmiş, 477 layihə hazırlanmışdır. Maliyyə dəstəyi almış layihələrin 30 faizi birgə, 70 faizi isə ikili dərəcələrin alınmasına yönəlmişdir. Layihələrin 80 faizi təbiət elmlərini (biotexnologiya, materialşünaslıq, ekologiya, yer haqqında elm və s.) əhatə etmiş, bütün layihələr 9 il müddətinə hesablanmışdır. Ayrılmış maliyyə hesabları həm də tələbələrin mobilliyinə, xarici müəllimlərin və xarici dil kurslarının təşkil olunmasına xərclənmişdir.

Təhsil islahatında və mobilliyin əhatə sahəsinin genişlənməsində keyfiyyət məsələsi əsasdır. İslahat son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarmırsa, onun səmərəliliyi yoxdur. Birgə təhsil proqramları, akademik mobilliyin yüksək səviyyəsi - bunlar ali təhsilli mütəxəssis hazırlığının müqayisə edilə bilən keyfiyyət səviyyəsini tələb edir.

Ali təhsil sistemində lazımi keyfiyyətin təmin edilməsində iki əsas istiqamət mövcuddur:

1. Dövlət təhsil idarəetmə orqanlarına keyfiyyət zəmanətini təsdiq etmək funksiyasının verilməsi (Məsələn, Finlandiyada Təhsil Nazirliyinin inzibati orqanına ali təhsil üzrə xüsusi attestasiya şurası daxildir);

2. Təhsilin keyfiyyətinin təmin edilməsi üzrə əsas funksiyaların xüsusi ictimai təşkilatlara verilməsi (agentliklər, şuralar, assosiasiyalar, peşəkar korporasiyalar tərəfindən təşkil edilmiş müxtəlif mütəxəssislər birliyi).

Son zamanlar göstərilən yanaşmalardan ikincisi daha çox dəstəklənir və bu ölkələrdə keyfiyyətin idarə edilməsinin bütöv mexanizmi işlənilmişdir.

İlk növbədə müəllimin yaxşı təhsil verməsi və təhsil alanın yaxşı öyrənməsi üçün əlverişli şərait yaradılmalıdır. Bütün tədris prosesi aralıq nəticələrin daimi monitorinqi ilə “texnoloji zəncir” şəklini almalıdır.

İkincisi, təhsilin keyfiyyətinə daxili və xarici nəzarəti uyğunlaşdırmağın vacibliyidir. Təhsil almış tələbələrin bilik keyfiyyətinə ali məktəb məsuliyyət daşıyır və son nəticədə müəllim öz işini və onun nəticəsini qiymətləndirir. Buna görə də daha çox yayılmış təcrübə kənar təşkilatlar tərəfindən (dövlət orqanları və ya peşəkar agentliklər) onun fəaliyyətinin qiymətləndirilməsi ilə ali təhsil müəssisəsinin öz-özünü təhlil etməsinin uyğunlaşdırılmasıdır. Təhsil proqramlarının mükəmməlliyinin təmin edilməsi də çox vacibdir. Çünki müxtəlif təhsil müəssisələri eyni proqramı müxtəlif səviyyələrdə həyata keçirir.

Müvafiq təhsil müəssisələrinin əməkdaşlıq etmək, eyni hüquqa malik birgə proqram çərçivəsində fəaliyyəti üçün ən azı keyfiyyət göstəricilərinə görə yaxın bir səviyyədə olması lazımdır. Turizm təhsilində fərqli keyfiyyət səviyyəsinə malik olan ölkələr arasında, şübhəsiz, bərabər səviyyəli tələbə mobilliyindən, birgə proqramların həyata keçirilməsindən söhbət gedə bilməz. Avropanın özündə də sanbalına, maddi texniki imkanlarına, elmi potensialına görə zəif olan təhsil müəssisələri az deyildir. Əslində, Bolonya prosesinin hədəflərindən biri həmin məktəblərə kömək edərək müvafiq yüksək səviyyəyə qaldırmaqdır. Tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi və onların birgə proqramlara cəlb edilməsindən güclü bir vasitə kimi istifadə olunur. Lakin bu məsələdə də keyfiyyət meyarları və standartlarının müəyyən edilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin işlənib hazırlanması aktual problem olaraq qalmaqdadır.

Keyfiyyətə nəzarətin təmin edilməsinin sınanmış mexanizmlərindən biri də daxili və xarici qiymətləndirmənin tətbiqidir. Belə ki, təhsil müəssisələrinin fəaliyyətini təkcə kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək olmaz. Bunun üçün hər bir təhsil müəssisəsinin öz fəaliyyətini keyfiyyətcə dəyərləndirməsi və bu iki qiymətləndirməni əlaqələndirə bilməsi nəzarət və idarəetmə mexanizmlərinin daha effektli nəticələr əldə etməsinə kömək edir.

Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında deyil, mahiyyətində də köklü dəyişikliklərin baş verməsini labüd edir. Tələbələrin rolu bu proseslərdə əhəmiyyətli dərəcədə artır. Bütövlükdə isə təhsilin fəlsəfəsi tamamilə dəyişərək əsasən son məhsula istiqamətlənir. Bu isə təhsilin keyfiyyətinin yüksəldilməsini, onun daha məqsədyönlü olmasını stimullaşdırır. Seçim imkanı genişlənmiş tələbə seçdiyi ixtisas üzrə fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu, eyni zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin yüksəlməsinə səbəb olur. Lakin bu o demək deyildir ki, həmin proses tam kortəbii şəkildə davam edir. Hər bir ixtisas üzrə məcburi, məcburi-seçmə və seçmə fənlərin tam siyahısı, habelə onların məcburi ardıcıllığı və bir-birindən asılılıq xüsusiyyətləri tədris planında əks olunur və əvvəlcədən tələbəyə təqdim edilir.

Digər mühüm məsələlərdən biri də ali məktəblərin şəhərciklər kimi ölkənin paytaxtından və böyük şəhərlərdən kənara çıxarılmasıdır. Ali məktəblərin ayrı-ayrı rayonların və ya regionların inkişafında mühüm katalizator kimi istifadə edilməsi qardaş Türkiyə Respublikasının təcrübəsində də mövcuddur. Amma buna ən gözəl nümunə ABŞ-dır. ABŞ-da bütün böyük və məşhur universitetlər kiçik şəhərlərdə yerləşir. Yel Universiteti Nyu-Heyvendə, Kornel Universiteti İtakada, Priston Universiteti Pristonda, Massaçusets Texnoloji İnstitutu eyniadlı ştatın Kembric şəhərciyində yerləşir. Elə məşhur Harvard Universiteti də oradadır. Yeri gəlmişkən, Massaçusetsin əksər ali təhsil müəssisələri bu ştatın ən iri şəhəri olan Bostonda deyil, digər xırda yaşayış məntəqələrində yerləşir. O cümlədən Tufts University Medfordda, Clark University və College of the Holy Cross Vorçesterdə yerləşir və s. Bənzər tendensiya istənilən digər ştatda da müşahidə olunur. Məsələn, dövlət müəssisəsi olan Miçiqan Universiteti ştatın mərkəzi olan Detroytda deyil, Enn Arborda, filialları isə Flint və Dirbornda yerləşir.

Britaniyanın Kembric və Oksford universitetlərinin harada olduqları məlumdur.

Almaniyanın ən yaxşı universitetləri olan Heydelberq, Vyursburq, Karlsrue, Qettingen və Bonn universitetləri çoxdan bəri universitet şəhərləri adlandırılan kiçik şəhərlərdə yerləşir.

Heç bir ən məşhur Qərb professoru, istər filosof və ya sosioloq olsun, istərsə də fizik və ya bioloq, Nyu-Yorkda və ya Londonda yaşamadığına görə dərd çəkmir. Hətta ehtimal etmək olar ki, paytaxt çaxnaşmasının olmaması elm və təhsil prosesinin daha məhsuldar olmasına şərait yaradır. Eyni fikri tələbələr barədə də söyləmək olar. Nədənsə, hətta milyonçu övladları belə əyalətdə “sürünmək” perspektivindən çəkinmirlər. Onlar paytaxt əyləncələrinə möhtac qalmayaraq orada da şən həyat sürməyin yolunu tapırlar.

Təhsil prosesinin daim artan tələbləri sırasında E-Bolonya (elektron Bolonya) konvensiyası mövcuddur. E-Bolonya vahid Avropa virtual təhsil məkanı yaradaraq universitetlərin vahid virtual şəbəkədə elektron təhsil verməsinə şərait yaradır. Böyük ehtimalla deyə bilərik ki, yaxın gələcəkdə Bolonya prosesi iştirakçıları qarşılıqlı şəkildə internet vasitəsilə hər hansı universitetin istənilən auditoriyasındakı tədris prosesinə məsafədən (distant yolla) müşahidə (videonəzarət) imkanları əldə edəcəklər. Bu, universitet üçün şərəfli, həm də məsuliyyətli məsələdir. Bu zaman hər bir müəllimin dərsi faktiki olaraq “açıq dərs” statusu qazanacaq, bu “açıq dərs”in hər an dünyanın istənilən nöqtəsində yüzlərlə dinləyicisi ola bilər. Nəticədə Avropanın istənilən universitetindən, yəqin ki, Azərbaycanın hər hansı universitetindəki mühazirəni internet vasitəsilə dinləmək, keyfiyyətini qiymətləndirmək mümkün olacaq. Bu sistemin sürətlə inkişaf etməsi perspektivini real qiymətləndirmək lazımdır. Və bunun üçün artıq kifayət qədər əsaslar da formalaşmaqdadır. Bu zaman Bolonya prosesinin digər mühüm tələbi - tələbə və müəllimlərin mobillik məsələsi daha asan həll ediləcək, artıq real mobillik virtual mobilliklə əvəz edilərək inreqrasiya proseslərini daha da sürətləndirəcək.

Universitetlərdə virtual təhsil sisteminin qurulması tələbə və müəllimlərin real mobilliyi məsələsini virtual mobilliklə əvəz edə bilər, bu, daha asan, az məsrəflə mümkün ola bilər.

E-Bolonya tələbinin icrası istiqamətində gələcəkdə bizim ciddi problemlərimiz də ola bilər. Bir çox ölkələrdən fərqli olaraq bizim respublikada hələ də distant təhsil sistemi yaradılmaylb, biz bu məsələdə xeyli vaxt itkisinə yol vermişik. Distant təhsil sistemi inkişaf edən ölkələrdə Bolonya prosesinin reallaşması asandır. Çünki distant təhsil sistemi qurularkən artıq Avropa standartları nəzərə alınaraq yaradılmışdır. Distant təhsil təcrübəsi əsasında Avropa təhsil standartlarını tətbiq etmək asandır. Distant təhsil qlobal məkanda o dərəcədə inkişaf etmişdir ki, proqnozlara görə, yaxın gələcəkdə o miqyasını təsəvvür edilməz dərəcədə genişləndirəcək. Bill Qeytsin qeyd etdiyi kimi, yaxın 4-5 ildə təhsil bazarında universitetlərin internetlə rəqabət aparması mümkün olmayacaqdır.

Bununla belə hələ də real olaraq mobillik problemlərinin həlli qarşıda bir vəzifə kimi durmaqdadır. Aparılaan çoxsaylı müşahidə və təhlillər göstərir ki, tələbələrin təhsil proseslərinə xələl gətirmədən mobillik proqramlarında iştirak etmələri üçün universitetlər bütün sənədləri uyğunlaşdırmalı və tədris prosesini özləri qurmalıdırlar.

Yeni standartların tətbiqi başqa bir istiqamətin, yəni standartların tətbiqinin yaranmasına və inkişafına səbəb oldu. Xarici universitetlərdə belə bir sistem uzun müddətdir fəaliyyət göstərir, Rusiya universitetlərində olduğu kimi, hələ hamıda işləmir (məsələn, regional universitetlər belə bir bal sisteminə keçid prosesi gedir). Bu sistemə görə, tələbəinin qiymətləndirilməsi bir neçə elementdən (davamiyyət, dərsdə iş və s.) ibarətdir. Kredit sisteminə uyğun olaraq fənlər məcburi və fakultativ bloka bölünür, hər bir tələbə fənləri elə seçməlidir ki, müəyyən sayda kredit toplasın.

Bu istiqamət universitetlərin beynəlxalq fəaliyyəti çərçivəsində ilk və ən böyük bloklardan biridir. Tədricən universitetlər mövcud əlaqələri qurdular və tərəfdaşlıq əlaqələri yaratdılar ki, bu da təhsil məqsədi ilə xarici universitetlərə səfər etməyə imkan verdi. Məsələn, tələbələr bir semestr və ya bir il gedə bilərdilər, nəticədə kursa davamiyyət sertifikatı alırlar. Tədqiqat çərçivəsində magistrantlar öz əsərlərində təsvir etdikləri məsələlərlə bağlı xarici universitetin təcrübəsi ilə tanış ola bilərlər. Pedaqoji heyət ixtisas və ya dil təhsili çərçivəsində təhsil sahələri üzrə mobillik proqramlarında, habelə xarici həmkarları və holdinqlərlə təcrübə mübadiləsində iştirak edə bilər.

Xarici ali təhsil müəssisələrində universitetlər kifayət qədər çox sayda təcrübə və təlim proqramları təqdim edirlər. Eyni zamanda, bu cür proqramlara daxil olan tələbələrin, aspirantların və müəllimlərin sayının artmasına mane olan bəzi məqamlar var: onların imkanları barədə tam məlumatlı olmaması, kifayət qədər yüksək səviyyə xarici dil, təqdim edilməli olan sənədlərin geniş paketi, xarici universitetlər tərəfindən həyata keçirilən müsabiqəli seçim və s.  Beləliklə, belə bir nəticəyə gələ bilərik ki, bu istiqamət inkişaf edir, lakin mobillik prosesini əhəmiyyətli dərəcədə ləngidən bir sıra maneələr var.

Mobillik istiqaməti xarici tələbələr üçün xüsusi proqramlarla sıx bağlıdır. Hazırda Azərbaycan universitetləri xarici tələbələrin təhsil almağa cəlb edilməsi ilə bağlı üzləşdikləri problemlər həm də ona bağlıdır ki, indiyədək yerli universitetlər dünya universitetlərinin ilk yüzlüyünə daxil deyil. Ona görə də, Azərbaycana gələn tələbələrin xüsusi çəkisində üçüncü dünya ölkələrinin payı daha çoxdur.

Bu problem həll etmək üçün əcnəbi tələbələrlə işləməyə yönələcək ayrıca proqram hazırlamaq lazımdır. Əcnəbi müəllimlərin işə qəbulu ilə bağlı vəziyyəti təhlil etsək belə qənaətə gəlmək olar bu istiqamət nisbətən yaxınlarda inkişaf etməyə başlayıb, amma uğurlu deyil. Universitetlər bu mövqeyi özlərinin beynəlxalq əlaqələrinin inkişafı strategiyalarına daxil ediblər və bu istiqamətdə fəal iş aparırlar.

Müasir əmək bazarında həm rus, həm də beynəlxalq səviyyəli ingilis (və ya başqa) dilləri bilən mütəxəssislərə olan ehtiyacı dərk edən universitetlər öz təhsil məhsullarını ona uyğunlaşdırmağa başlayıblar. Universitetlər hər il xarici dildə müxtəlif profilli mütəxəssislərin hazırlanması üçün sahələr açırlar. Beləliklə, belə qənaətə gəlmək olar ki, universitetlər bu istiqaməti kənara qoymur və inkişaf etdirirlər.

Növbəti kifayət qədər böyük və vacib blok elmi-praktik tədbirlərin təşkili və həm tələbələrin, həm aspirantların, həm də professor-müəllim heyətinin iştirakıdır. Azərbaycan universitetlərində bu fəaliyyət çox vacibdir və bütün növ universitetlər, istər dövlət, istərsə də qeyri-dövlət bu işə cəlb olunur. Bəzi təhsil müəssisələrində yalnız toplularda nəşr olunan normalar müəyyən edilmişdir. Ali təhsil müəssisələrinin əməkdaşları və tələbələri xarici universitetlərdə belə tədbirlərdə iştirak etmək imkanlarına fəal reaksiya verirlər. Bununla belə, onlar çox vaxt universitetdən səyahət maliyyəsinin olmaması, sənədləşmə işində çətinliklər və s. problemlərlə üzləşirlər.

UNESCO tələbə mobilliyi ilə bağlı yaranmış yeni anlayışa - “beynəlxalq tələbə nə deməkdir” tərif verib. Həmin tərifi əsas götürsək, beynəlxalq tələbə dedikdə, təhsil üçün öz ölkəsinin sərhədlərini keçən və başqa ölkənin təhsil müəssisəsinə daxil olan tələbə nəzərdə tutulur. Hazırda dünyada yeddi milyondan çox beynəlxalq tələbənin olduğu təxmin edilir. 2030-cu ilə qədər dünyada pandemiya kimi hansısa fövqəladə vəziyyət yaranmasa, bu rəqəmin 20 milyona çatacağı gözlənilir.

Bu gün beynəlxalq tələbə mobilliyinə üstünlük verən ilk beş ölkə ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstraliyadır. Bu beş ölkə hazırkı dünya üzrə sayı 7 milyonu ötən əcnəbi tələbənin yarıdan çoxunu cəlb edir.

Bu ölkələr həm də yüksək təhsil haqqı ilə ciddi gəlir əldə edir və marketinq texnikası ilə işləyirlər. Onlardan başqa son on ildə müxtəlif aktorlar da bu prosesə cəlb olunub. Məsələn, Çin, Körfəz ölkələri və Asiya-Sakit Okean ölkələri tələbə göndərməklə yanaşı, tələbə cəlb edən ölkələr sırasında olmağı bacarıb. Türkiyə də son 5 ildə bu sahədə söz sahibi olub və 2009-cu ildəki 18 min olan əcnəbi tələbə sayını bu il 230 minə çatdıraraq ilk 10 dövlətdən biri olub. Tələbə göndərən ölkələrin reytinqində 1 milyondan çox tələbə ilə Çin birinci yeri tutur. Hindistan (400 min), Almaniya (130 min), Cənubi Koreya (120 min) və Səudiyyə Ərəbistanı (100 min) növbəti yerləri tutur. Tələbə cəlb etmək istəyən universitetlər universitet daxilində yeni tanıtım bölmələri yaradır və bu sahədə xidmət göstərən şirkətlərlə əməkdaşlıq edirlər. Firmalar xarici tələbələrin cəlb edilməsində böyük əhəmiyyət kəsb edən qurumlardır. Bundan əlavə, xarici tələbələrin təhsil və yaşayış xərclərinin ölkələr üçün əhəmiyyətli bir gəlir mənbəyi olduğu görünür.

Xarici tələbələrin sıxlığını nəzərə alsaq, bakalavr təhsilində ümumiyyətlə mobilliyin ön plana çıxdığı görülür. Bundan əlavə, bu sahədə dil hazırlığı mühüm yer tutur. Çünki ingilis dilini və ya təhsil dili olan yerli dili öyrənmək zərurətdir. Bundan əlavə, müxtəlif məqsədlər üçün dil öyrənmək istəyən milyonlarla insan var. Bu sahədə nəşrlər hazırlayan, dövriyyəsi milyonlarla dollar olan dil məktəbləri və şirkətlər var.

Hazırda beynəlxalq tələbələr internet üzərindən minlərlə kilometr uzaq məsafədə təhsil ala və imtahanlarını onlayn verə bilərlər. İstəyən hər kəs maddi və mənəvi yorğunluq yaşamadan təhsil ala bilər. Klassik təhsili əvəz edə bilməsə də, indi onlayn təhsil bir seçimdir və dövlətlər təhsil siyasətini təşkil edərkən bu faktı nəzərə almalıdırlar.

Əcnəbi tələbələrin cəlb edilməsi üçün Azərbaycandakı universitetlər də gücünü və təcrübəsini ortaya qoyaraq uğurlu təhsil siyasəti həyata keçirməyə çalışırlar. Son vaxtlar bu sahədə müəyyən irəliləyişlərin olduğu da görünür. Amma problemin fundamental həlli üçün yuxarıda qeyd edilən sahələr üzrə kompleks işlərin görülməsi tələb olunur.

 

Mənbələr:

1. Abdulkerimov İ., Esetova A. Ali təhsil sistemində inteqrasiya proseslərinin idarə edilməsinin xüsusiyyətləri // Dağıstan dövlətinin bülleteni. texniki universitet: Texniki elm. - No 4 (19) - 2010.

2. Sorokin P. Sosial təbəqələşmə və hərəkətlilik // İnsan, sivilizasiya, cəmiyyət. M., 1992.

3. İbrahim Yıldırım. Müstəmləkəçilər təhsildən vasitə kimi istifadə edirdilər. Bayraqdar media. 2021. https://www.bayraqdar.info/2021/12/08/ibrahim-yildirim-must%C9%99ml%C9%99k%C9%99cil%C9%99r-t%C9%99hsild%C9%99n-vasit%C9%99-kimi-istifad%C9%99-edirdil%C9%99r/

4. Sosial hərəkətliliyin növləri və amilləri. Sosial mobillik. https://spoabris.ru/az/vidy-i-faktory-socialnoi-mobilnosti-socialnaya-mobilnost.html

5. Təhsil müasir cəmiyyətdə sosial mobillik amili kimi. https://unasmodno.ru/az/psihologiya-krasoty/obrazovanie-kak-faktor-socialnoi-mobilnosti-v-sovremennom.html

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi "Tələbələrin akademik mobillik problemləri ilə bağlı tədqiqat işinin aparılması” layihəsi çərçivəsində hazırlanmışdır.