Əflatun Amaşov Prezidentin fəxri diplomu ilə təltif edilib

Əflatun Amaşov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

İlkxeber.org bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.