Mətbuat Şurasının yeni sədri seçildi, İdarə Heyətinin 23 yeni üzvü müəyyənləşdi
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.
İlkxeber.org xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib, hesabat ətrafında müzakirə aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda səsvermə nəticəsində İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçilib.
Səsvermə yolu ilə Mətbuat Şurasının sədri vəzifəsinə Rəşad Məcid seçilib.
Həmçinin peşə davranşı qaydalarına edilən dəyişikliklər və yeni tərkib təsdiq edilib.
Daha sonra qeyd olunub ki, qurultayda edilən təkliflər ümiləşdirilib və yeni tərkibin bu yöndə fəaliyyət göstərməsi istiqamətində işlərin görülməsi qəbul edilib.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
1. Rəşad Məcid (sədr)
2. Vüsalə Mahirqızı
3. Hacıbəy Heydərli
4. Rauf Arifoğlu
5. Alqış Musayev
6. Niyaz Niftiyev
7. Aydın Quliyev
8. Azər Həsrət
9. Elşad Eyvazlı
10. Aqil Ələsgər
11. Elçin Mirzəbəyli
12. Vüqar Rəhimzadə
13. Akif Aşırlı
14. Səadət Məmmədova
MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri aşağıdakılardır:
15. Əflatun Amaşov
16. Qulu Məhərrəmli
17. Vüqar Zifəroğlu
18. Bəhruz Məmmədzadə
19. Yadigar Məmmədli
20. Ceyhun Musaoğlu
21. Umud Mirzəyev
22. Müşfiq Ələsgərli
23. Fərid Pərdəşünas
© 2020 - Created by İLK XEBER.