Fond universal şəxsiyyətin formalaşması üçün “Uğur düsturları kursu” təşkil edir
“ULUS” Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Universal şəxsiyyətin formalaşması üçün “Uğur düsturları kursu”-nun açıldığını bəyan edir. Bu barədə İlkxeber.org-a layihənin rəhbəri Əlisafa Mehdi məlumat verib. Məlumatı olduğu kimi dərc edirik:
Ölkə vətəndaşları xüsusi təyinatlı, dövlət və özəl olmaqla 61 ali məktəbdə 148 ixtisas üzrə təhsil alırlar. İxtisaslar ciddi dəqiqliklə sahələşdirildiyindən tələbələr universal biliklərin öyrənilməsinin üsul və modelinin formalaşmasına ehtiyac duyurlar. Bu gərəkliliyi önə çəkərək təklif etdiyimiz bu təlimlər:
Universal bilgiləri və idarəçilik bacarıqları olan intellektual gənclərin perspektivlərini müəyyən etmək üçün 26 iyul 2019-cu ildə Prezidentin Sərəncamı ilə yaradılmış "Yüksəliş" müsabiqəsinə qoşulmaq üçün bu təlimlər təməl hazırlıqdır.
Layıhə çərçivəsində 20 əsas ixtisas üzrə 20 magistr tələbə seçiləcək. Onlar uğur düsturlarının tam kursunu öyrənəcəklər. O cümlədən, təlimalanların hər biri öz ixtisasları üzrə təlim verəcəklər.
Bu pilot layihədir. Təlim gedişində “Uğur düsturları kursu”-nun bitkin təlim bazası formalaşacaq.
Bununla da:
Düşünürük ki, bu layihə ölkənin 198 minlik tələbə kontingentinin, ümumilikdə gənclərin hərtərəfli inkişafına dəstək üçün qeyri-formal məktəb – təlim bazası kimi formalaşa biləcək.
Ölkənin bütün magistr tələbələrini təlimlərə dəvət edirik.
Təlimlər Bakı şəhərində, 1 ay müddətində, 10 təlim olmaqla 1, 3, 5-ci günlər, saat 2-dən 6-ya qədər veriləcək.
|
© 2020 - Created by İLK XEBER.