QHT paytaxtda “Təhlükəsiz səyahət” adlı maarifləndirici tədbir keçirib

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət“ ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsi davam edir.

Layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə sentyabrın 18-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, sentyabrın 20-də isə Bakı Beynəlxalq Avtovağzalında könüllülər tərəfindən maarifləndirici tədbir keçirilib. Təşkilatın könüllüləri ölkəmizə gələn və qonşu ölkələrə gedən insanlara dövlət qurumları və təşkilat tərəfindən çap olunmuş “Təhlükəsiz səyahət” adlı maarifləndirici bukletlər paylayıblar.