Mətanət Ağamirli: "Nə qədər göz yumasan, görməzdən gələsən"

Tanınmış əməkdar jurnalist Mətanət Ağamirli "Facebook" sosial şəbəkəsindəki paylaşımı ilə diqqət çəkib.

Mətanət Ağamirlinin həmin paylaşımını təqdim edirik:

"Şikayətlənməyi, problemlərə köklənməyi heç sevmirəm, qəbul etmirəm. Amma cəmiyyət hər cür problemlə qarşımızdadır. Nə qədər göz yumasan, görməzdən gələsən.

Bir tərəfdə kiminsə körpə qızı 4 gədə tərəfindən zorlanır, bir tərəfdə biri küçənin ortasında sevgilisini bıçaqlayır, ailələrin etibar etdiyi mərkəzlərdə uşaqlara travma yaşadılır, güc tətbiq edilir, dövlət qurumlarında çalışanların rüsvayçı videosu yayılır, qardaş qardaşın qızını öldürür, bacı bacıya xəyanət edir və s... Bir çox hallarda inkişafdan danışırıq. Arada da mənəvi, əxlaqı, psixoloji inkişafdan danışaq ağız dolusu..."