Prezidentin köməkçisi: "Qarabağ"la həmişə fəxr edirik!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Tvitter səhifəsində "Qarabağ"la bağlı paylaşım edib.

Ilkxeber.org xəbər verir ki, o, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya"ya uduzmasından sonra yazıb: “Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”

Xatırladaq ki, Bakıda Çexiya klubu ilə qolsuz heç-heçə edən "Qarabağ" Plzendəki görüşdə 1:2 hesabı ilə uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb. Komanda mübarizəni Avopa Liqasının qrup mərhələsində davam etdirəcək.